Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Büdcəyə gəlir vergisindən daxilolmalar kəskin azalıb

Tarix:30-05-2017, 13:55 Baxış Sayı:222

Büdcəyə gəlir vergisindən daxilolmalar kəskin azalıb

Qubad İbadoğlu

Başlıca səbəb iş yerlərinin kütləvi ixtisarı ola bilər

Vergi növləri üzrə ödənişlərin trend təhlili göstərir ki, bu ilin birinci rübündə fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz azalıb. Belə ki, əgər ötən ilin birinci rübündə bu mənbədən büdcəyə daxilolmalar 323,9 milyon manat təşkil edibsə, bu ilə olan müvafiq göstərici 204,6 milyon manat olub. Bir sözlə otən ilə nisbətən 3 aylıq azalma 119,3 milyon manata çatıb. Fiziki şəxslərin gəlir vergisinin dərəcəsinin dəyişməsdiyi halda baş bu mənbədən azalmaya vergi tutulan bazanın aşağı düşməsi və vergi ödəyicilərinin sayının azalması təsir göstərə bilər. Lakin, müqayisə olunan dövrdə orta aylıq əmək haqqının 5,9 faiz artması əksinə vergi tutulan bazanın böyüdüyünü ifadə etdiyindən onda bu faktorun neqativ təsirindən danişmağa dəymir. Əslində 2017-ci ildən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi fiziki şəxslərin gəlir vergisindən daxil olmaları artırmalı idi. Çünki, bu Qanuna görə 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada aparılmalıdır. Bu isə qeyri-formal əmək haqqı və digər ödənişlərin leqallaşdırılmasına gətirib çıxarmlı idi. Bəs onda nə baş verib və nədən 1-ci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə fiziki şəxslərin gəlir vergisindən büdcəyə daxil olmalarda kəskin azalma olub? Apardığımız təhlillər göstərir ki, bunun başlıca səbəbləri iş yerlərinin kütləvi ixtisarı hesab oluna bilər. Amilli təhlil də göstərir ki, yalnız vergi ödəyicilərinin sayının azalması belə kəskin azalmanı şərtləndirə bilər. Amma əksinə statistika məlumat verir ki, bu ilin 2017-ci ilin I rübü ərzində ölkədə 86,4 min yeni, o cümlədən 79,6 min daimi iş yerləri açılıb. Bəs onda nədən fiziki şəxslərin gəlir vergisindən daxilolmalar azalıb?
Belə çıxır ki. bu ilin birinci rübündə bağlanan iş yerlərinin sayı yeni açılanlardan çox olub. Görünür burda böyük yalan yeni açılan daimi iş yerlərinin sayının şişirdilməsindədir. Həqiqətə yaxın olan odur ki, faktiki olaraq bağlanan iş yerlərinin sayı yeni yaradılanlardan dəfələrlə çox olub. Əks təqdirdə büdcəyə fiizki şəxslərin gəlir vergisindən daxilolmalar azalmalı deyildi.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL