Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

“Formula 1" yarışlarından sonra manatın məzənnəsi dəyişəcəkmi...

Tarix:14-06-2017, 10:25 Baxış Sayı:202

“Formula 1" yarışlarından sonra manatın məzənnəsi dəyişəcəkmi...

Real sektorda dolların bahalaşacağı ilə bağlı narahatlıq səngimir


Son aylar manatın məzənnəsi sabitlik nümayiş etdirsə də, real sektorda dolların bahalaşacağı ilə bağlı narahatlıq səngimək bilmir. Sahibkarlar hesab edirlər ki, “Formula 1" yarışlarından sonra manat ucuzlaşmağa başlayacaq və bir neçə ay içində əvvəlki pik həddə - 1.92 manat məzənnəsinə yaxınlaşacaq.


İqtisadçı ekspertə manatın ucuzlaşmasını istisna etməsələr də, dövlət rəsmilərindən əminlik ifadə edən açıqlamalar gəlir. Son olaraq iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi, xarici şokların ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində ciddi addımlar atılır. Görülən tədbirlərin nəticəsində bu ilin əvvəlindən milli valyutanın məzənnəsi möhkəmlənib. Manatın məzənnəsi sabitləşib. Milli valyutamız öz yerini tapmaqdadır.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında bildirdi ki, manatın məzənnəsinə müəyyən amillər təsir edir: “Bunlar idxal və ixrac əməliyyatları, neftin qiyməti, maliyyə bazarındakı tələb-təklif və sairdir. Hazırda manatın stabilliyi necə qorunur? İxrac və idxal əməliyyatlarında ciddi nəzarət mexanizmi həyata keçirilir. İdxalın həddindən artıq çox olmasına icazə verilmir. Azərbaycana hansı mallar lazımdırsa, onların idxalına icazə verilir. Kənd təsərrüfatı sahəsinin inkişafı ilə əlaqədar olaraq, ixraca daha çox üstünlük verilir. Neftin qiymətində elə bir ciddi azalma yoxdur. Bu mənada gələcəkdə də manatı qoruyub saxlamaq olar. Ancaq burada bir məsələ var ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ön plandadır. Cənab prezident tərəfindən bu məsələ önə çəkilib. Bu sektorun inkişaf etdirilməsi üçün müəyyən investisiyalar, vəsait yatırılmalıdır. Real sektoru vəsait olmadan inkişaf etdirmək olduqca çətindir. Ona görə də elə etmək lazımdır ki, biz manatı müəyyən səviyyədə qoruyub saxlamaq istəyiriksə, problem yaratmaq istəmiriksə, tələb və təklif uyğun gəlirsə, qeyri-neft sektoruna da diqqəti artırmaq lazımdır. Oraya vəsait qoymaq lazımdır ki, 2017-ci ilin yekunlarında bizim ümumi daxili məhsulumuzun həcmində artım olsun. Müsbət göstərici ilə ili başa vuraq, ötən il olduğu kimi, mənfi rəqəmlə başa vurmayaq. Bu məsələlər tənzimlənməlidir. Maliyyə Sabitliyi Şurası yaradılıb və o şurada bu məsələyə mütəmadi baxırlar. Nə etmək lazımdır ki, manat bundan sonra bahalaşmasın. Bizi narahat edən əsas məsələ real sektorun inkişafıdır. Bu sektora investisiya qoyulmalıdır. Ancaq əgər investisiya qoyulsa, dövriyyəyə vəsait daxil olsa, bu, manatın məzənnəsinə də müəyyən qədər təsir edə bilər”. 
Deputat onu da qeyd etdi ki, dollarla bağlı dünyada da vəziyyət birmənalı deyil, müəyyən fərziyyələr irəli sürürlər: “ABŞ hökumətinin apardığı siyasət, FED-in faiz dərəcəsini müəyyən qədər artırması ehtimalı və sair amillər gələcəkdə manatın məzənnəsinə təsir göstərə bilər. Hesab edirəm ki, hələlik manatın məzənnəsini qoruyub saxlamaq mümkündür”.

Image result for Vahid Əhmədov


Hökumətin turistlərdən valyutanı ucuz almaq məqsədilə manatın məzənnəsini sabit saxlaması iddiasına gəlincə, V. Əhmədov qeyd etdi ki, turist hər zaman var və manatın məzənnəsi bu amilə bağlı deyil: “Stabilliyi qoruyub saxlamaq, maliyyə bazarlarında müəyyən qədər sabitlik yaratmaq lazımdır. Yerli sahibkarlar üçün müəyyən qədər normal şərait yaratmaq baxımında, manatı mümkün qədər sabit saxlamaq vacibdir. Ancaq burada real sektorun inkişafını da diqqətdən qaçırmaq olmaz ki, sonradan iqtisadiyyatda problem yaranmasın”.

Image result for İqtisadçı ekspert Qubad İbadoğlu


İqtisadçı ekspert Qubad İbadoğlu isə manatın gələcək məzənnəsinin hökumətin bazara müdaxilə edib-etməməsindən asılı olacağını bildirdi: “”Formula 1" yarışları ərəfəsində və ondan sonrakı dövrdə, yəni yaxın müddət ərzində manatın məzənnəsində ciddi dəyişikliklər gözlənilmir. Manata təsirlər avqust ayından başlayaraq güclənə bilər. Yeni dərs ilinin başlanması ilə manata təzyiqlər arta bilər və ilin sonuna kimi davam edə bilər. Belə olan halda təbii ki, Azərbaycanın valyuta bazarında dollara tələbat artacaq. Amma bu tələbat artımını biz bazar alətləri ilə uyğunlaşdıracağıq, yoxsa bazara inzibati müdaxilə olacaq - bunu demək çətindir. Bu amillər məzənnə dəyişikliyini müəyyən edəcək. Əgər bazara heç bir inzibati müdaxilə olmayacaqsa, bazarın tələbi ilə dolların və avronun manata olan təsiri müəyyən olunacaqsa, o zaman manat ucuzlaşmağa məhkumdur. Yox, əgər yenə də əvvəlki kimi Mərkəzi Bank əlində olan vasitələrlə bazara müdaxilə edəcəksə, manatın məzənnəsinin stabilləşdirilməsi istiqamətində bazara əlavə valyuta çıxaracaqsa, o halda manatın məzənnəsini indiki səviyyədə qoruyub saxlamaq mümkün olacaq. Bu, Mərkəzi Bankın və Neft Fondunun mövcud ehtiyatlarının xərclənməsi və daha çox vəsaiti valyuta bazarı vasitəsilə reallaşdırmasından asılı olacaq".

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL