Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

ABŞ-dan Beynəlxalq Banka etiraz

Tarix:16-06-2017, 11:21 Baxış Sayı:173

ABŞ-dan Beynəlxalq Banka etiraz

Azərbaycan Beynəlxalq Bankının (ABB) borclarının restrukturizasiya planları ABŞ kreditorlarının etirazına səbəb olub. Bankın 220 milyon dollar borcu olan istiqraz sahibləri deyirlər ki, təklif olunan planın məqsədi xarici kreditorların hesabına bank sahiblərinə qazanc gətirməkdir. Bu haqda «The Wall Street Journal» qəzetində Tom Corrigan yazır.

İstiqraz sahibləri bir neçə milyard dollarlıq borcun restrukturizasiya planını ABŞ-da tanımamağa və hüquqi qüvvəyə mindirməməyə çağırıblar, bunu «qeyri-azərbaycanlı kreditorlara münasibətdə fundamental ədalətsizlik» adlandırıblar.

Bazar ertəsi – iyunun 12-də Nyu-Yorkdakı ABŞ Müflisləşmə Məhkəməsinə göndərdikləri müraciətdə istiqraz sahibləri hakimdən bankın ABŞ müflisləşmə qanununa uyğun olaraq qoruma xahişini rədd etməyə çağırıblar. Bu qoruma ABB-yə borcların ixtisarı planını gerçəkləşdirməyə kömək edəcək.

«O QƏDƏR POZUNTU VAR Kİ…»

«Bu prosedurda o qədər pozuntular var ki, bu, məhkəmənin ABŞ-da müflisləmə prosesini rədd etməsinə yetər», – məhkəməyə təqdim olunmuş sənəddə deyilir.

Ötən ay ABB Nyu-Yorkdakı məhkəməyə müraciət edərək 3.3 milyard dollarlıq borcun restrukturizasiyasından ötrü kömək istəyib. Hakim James Garrity Jr. banka müvəqqəti qorumanı təsdiqləyib, növbəti dinləmələr iyunun 21-də olacaq.

Azərbaycanın ən böyük bankı olan ABB neftin qiymətləri düşəndən və manatın devalvasiyasından sonra çökməyə başlayıb. Hökumətin yardımlarına baxmayaraq, apreldə restrukturizasiya prosesi başladılıb. Məhkəmə sənədlərində belə deyilir.

Bankın təklif etdiyi plana görə, təminatsız kreditorlara 2.38 milyard dollarlıq borcun 20%-i silinir, ancaq bankın sahibləri ziyansız ötüşür. İstiqraz sahibləri bundan «dərin narahatlıq» bildiriblər.

«PROSEDURLARDAN QAT-QAT UZAQ»

Onların fikrincə, səsvermə prosesi də elə qurulub ki, bundan bank sahibləri fayda götürəcək. Beləliklə, əsas tələblər ABŞ ədliyyə prosedurlarından qat-qat uzaqdır.

Məhkəmə müraciət edənlər «Fidelity Management&Research Co.», «Franklin Templeton Investment Management Ltd.», «Promeritum Investment Management LLP» və «VR Global Partners LP.»dir.

ABB ABŞ-da müflisləşmə müraciətinin təsdiqlənməsini borcların restrukturizasiyasından ötrü vacib sayır, bunun ölkənin maliyyə sabitliyi və iqtisadiyyatı üçün kritik adlandırır.

Qəzet bankdan məsələylə bağlı açıqlama ala bilməyib. Ancaq bu ayın əvvəlində yaydığı bəyanatda ABB bildirirdi ki, bankın Azərbaycan qanunvericiliyə oxşar hüquqi rejimdə restrukturizasiyası beynəlxalq səviyyədə tanınmaqdadır.

ABB-nin Rusiya və Gürcüstanda filialları, Azərbaycanda 36 filialı və 1800 işçisi var. Bankın azı 2.3 milyard dollar borcu var və Dövlət Neft Fondundakı 1 milyard dollarlıq depoziti də restrukturizasiya edəcəyini bildirir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL