Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

“Banklarda böhranın yeni mərhələsi yarana bilər”

Tarix:23-06-2017, 14:40 Baxış Sayı:199

“Banklarda böhranın yeni mərhələsi yarana bilər”

İqtisadçı-ekspert Qubad İbadoğlu banklarda böhranın yeni fazasının yarana biləcəyini bildirib. Bu barədə o, özünün Feysbuk səhifəsində yazıb.

Bu günlərdə Mərkəzi Bank uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12 fazidən 10 faizə endirilməsi ilə bağlı qərar qəbul edib. Bu dəyişikliyin nominal xarakter daşıyacağı heç bir şübhə doğurmur. Çünki, indiyə qədərki fəaliyyətində hətta makro-maliyyə sabitliyi dövründə də Azərbaycanda faiz dəhlizinin parametrləri kreditlər üçün real faiz dərəcələrinin müəyyənləşdirilməsinə təsiri olmayıb.

Fikrimizcə, son zamanlar manatın məzənnəsində nisbi sabitliyin müşahidə olunduğu, lakin onun dayanıqlı olmasını şərtləndirən tendensiyaların qərarlaşmadığı indiki durumda bu dəyişiklik əhəmiyyətli təsirlərə malik olmayacaq. Yenə də manatla kredit faizləri yüksək olaraq qalacaq. Bu da həmçinin manatla depozitlərin də yüksək qalmasını şərtləndirəcək.

Hazırda əksər banklarda manatla 1 illik depozitlərin orta faizi 15 faiz təşkil edir. Bu isə kredit qoyuluşları aşağı düşən və riskləri çoxalan bankların xərclərini artırır. Bu manatla olan əmanətlərin valyuta ilə olan əmanətlərə nisbətən payını artırsa da son nəticədə bankları pis maliyyə durumuna salacaq.

Gəlin sadə bir misalla bu vəziyyəti təsvir edək. Tutaq ki, sizin 50 min dollarlıq valyuta ilə əmanəti illik 3 faizlə yerləşdirilib. Əgər həmin vəsaitin sahibi onu geri çəkib, manata dəyişib yenidən manat əmanəti kimi yerləşdirərsə, bu zaman yenidən qoyulan əmanətin məbləği 85 min manat və illik faiz dərəcəsi isə 15 faiz olacaq. Bu isə o deməkdir bank əmanətçiyə ayda 1062 manat 50 qəpik, ildə isə 12750 manat ödəməlidir. Bu məbləğ bankda çalışan 1 işçinin orta aylıq əmək haqqı səviyyəsində xərc deməkdir.

Əgər bank əmanət kimi qəbul etdiyi vəsaiti səmərəli yerləşdirib, ondan ayda ən azı 20-25 faiz qazanc əldə etməzsə o halda bir müddətdən sonra banklar manatla yüksək faizlə qoyulan əmanatləri qaytarmaqda çətinliklərlə üzləşəcək və banklarda böhranın ikinci fazasının yaranmasına səbəb olacaq.

Çünki, yığılmış vəsaitlərin yerləşdirilməsi yalnız bankın kredit siyasətindən deyil, manatın devalvasiyasından, həmçinin ölkədəki mövcud iqtisadi durumdan və sahibkarların vəziyyətindən asılıdır. Odur ki, müvafiq qurumlar bu barədə düşünməli və bankların maliyyə mötəbərliyini pisləşdirən tendensiyaların qarşısını vaxtında almalıdırlar.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL