19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Açıq Hökümət Tərəfdaşlığında Azərbaycanın qeyri-aktiv üzvlüyü uzadıldı
İqtisadçı alim Qubad İbadoğlu Facebook statusunda iyunun 27-28-də Vaşinqtonda Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı keçirilən toplantıdan yazıb. Həmin toplantıda Azərbaycandakı vəziyyət müzakirə olunub və ölkəmizin daha 1 il qeyri-aktiv üzvlükdə saxlanılması qərara alınıb.
– İyunun 27-28-də Vaşınqtonda Açıq Hökümət Tərəfdaşlığının (AHT)Rəhbər Komitəsinin toplantısında Azərbaycandakı mövcud vəziyyət müzakirə olunub və Azərbaycanın daha 1 il qeyri-aktiv üzvlükdə saxlanılması qərara alınıb. AHT rəhbər komitəsinin 22 üzvündən 19-u bu qərarın lehinə, 1 üzv əleyhinə səs verib və 2 üzv isə bitərəf qalıb. Beləliklə də Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin qaldırdığı narahatlıqları həll etmək üçün daha 1 illik vaxtı olacaq.
AHT Rəhbər Komitəsi Standartlar və Meyarlar üzrə alt komitəyə tapşırıb ki, bu ilin sentyabrın 15-dək həll edilməmiş problemləri aradan qaldırmaq məqsədilə vətəndaş cəmiyyəti və hökumətlə məsləhətləşmə aparıb yenilənmiş bir sıra tələblər hazırlasın. Eyni zamanda Rəhbər Komitə qərara alıb ki, Azərbaycan hökumətinə verilən əlavə 12 aylıq vaxt məsləhətləşmə başa çatandan sonra hesablanacaq.
AHT Rəhbər Komitənin yaydığı bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycan qeyri-aktiv statusunda qalaraq seçkilərində səs vermək hüququ olmayacaq və yalnız AHT tədbirlərinə öyrənmə məqsədləri üçün müşahidəçi statusunda qatılacaq. Bununla yanaşı Azərbaycana AHT İşçi Qrupları, çoxtərəfli tərəfdaşlar və qarşılıqlı səfər mübadiləsi daxil olmaqla, Rəhbər Komitə və Dəstəkləmə Bölməsi texniki yardımlar göstərəcək.