19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
"Bu gün ABŞ dünyanın ən iri neft və qaz istehsalçısına çevrilib. Düşünürəm ki, qarşıdakı illər ərzində ABŞ bu sahədə liderliyini daha da gücləndirəcək. Bu isə həm iqtisadi, həm də geosiyasi sahədə üstünlük deməkdir".
Bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qarşıdakı 5 il ərzində ABŞ dünyanın ən iri təbii qaz ixracatçılarından birinə çevrilə bilər: "Bu dövr ərzində ABŞ Qətər, Rusiya kimi ölkələrin sırasına yüksələ biləcək. Bu isə təbii qaz hasilatçıları və ixracatçıları arasında rəqabəti artıracaq. Güclənən rəqabət qiymətlərin azalmasına səbəb olacaq. Bu isə Türkiyə kimi ölkələr üçün əlverişlidir. Vətəndaşımız təbii qazı daha ucuz alacaq. Bundan başqa, hadisələrin bu cür inkişafı Rusiya qazına güclü alternativin yaranmasına səbəb olacaq".
Türkiyənin strateji bölgədə yerləşdiyini deyən F.Birol bunları əlavə edib: "Türkiyə dünyanın ən qaynar nöqtələrindən birində yerləşir. Qonşu ölkələrdəki siyasi proseslər Türkiyəyə də təsirsiz ötüşmür. Türkiyənin enerji təhlükəsizliyinin təmin olunması olduqca önəmli məsələdir. Türkiyə təbii qazın böyük əksəriyyətini bir ölkədən, yəni Rusiyadan alır. Rusiya dünyanın ən önəmli enerji ölkələrindən biridir. Amma bir ölkədən bu qədər asılı vəziyyətdə olmaq düzgün deyil və bu məsələdə diqqətli olmaq lazımdır. Türkiyə enerji təhlükəsizliyini təmin etmək istəyirsə, qaz mənbələrini diversifikasiya etməli, bir ölkədən asılılığını azaltmalıdır. Əslində Türkiyə bu istiqamətdə zəruri addımlar atmaqdadır".