19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Beynəlxalq Valyuta Fondu (IMF) "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı yeni, iyul icmal hesabatınını açıqlayıb. Hesabatda aprel icmalı ilə müqayisədə bir sıra dəyişikliklər edilib.
Hesabatda dünya iqtisadiyyatının artım tempi üzrə proqnozlar 2017 və 2018-ci illər üçün müvafiq olaraq 3,5% və 3,6% səviyyəsində sabit saxlanılıb. İnkişaf etmiş ölkələrin iqtisadi artım tempi 2018-ci il üçün 0,1 faiz bəndi azaldılaraq 1,9%-ə endirilib. ABŞ iqtisadiyyatının növbəti iki il üçün artım tempi 0,2 və 0,4 faiz bəndi azaldılaraq hər iki il üçün 2,1%-ə çatdırılıb. Əksinə, avrozona iqtisadiyyatının 2017-ci il üçün artım tempi 0,2 faiz bəndi artılıraq 1,9%-ə, 2018-ci il üçün isə 0,1 faiz bəndi artırılaraq 1,7%-ə yüksəldilib.
İnkişaf etməkdə olan və formalaşan ölkələr üçün ÜDM-in artım tempi cari il üçün 0,1 faiz bəndi artırılaraq 4,6%, 2018-ci il üçün isə dəyişdirilməyərək 4,8% proqnozlaşdırılır.
MDB ölkələri üçün ÜDM-in artım tempi proqnozu növbəti iki il üçün dəyişdirilməyərək 1,7% və 2,1%, Rusiya üçün hər iki ildə dəyişdirilməyərək 1,4%, Rusiya istisna olmaqla MDB ölkələri üzrə isə dəyişdirilməyərək 2,5% və 3,5% səviyyəsində təsdiqlənib.
IMF mal və xidmətlər üzrə dünya ticarətinin həcmi üzrə proqnozu 0,2 faiz bəndi artıraraq 2017-ci il üçün 4%, 2018-ci il üçün dəyişməyərək 3,9% olacağını proqnozlaşdırır. Qeyd edək ki, 2016-cı ildə bu göstərici 2,3% olub.