Bu gün, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Bu gün, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Dünən, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
Çay dünyada sudan sonra ən çox içilən içkidir. Əldəki yazılı mənbələrə görə kökü bizim eradan 2737 il əvvələ, cənub-qərbi Çinə gedib çıxır. İlk vaxtlar dərman vasitəsi kimi içilirmiş. Tibb jurnallarında çayın ürək-damar sisteminə təsiri haqqında keçən ay yayınlanan 2 elmi araşdırma oxudum, nəticələrini burada yazmaq qərarına gəldim.
Araşdırmalardan biri ABŞ-da 6 universitet tərəfindən, yaşları 44-84 arasında dəyişən, müxtəlif xalqlardan olan 6184 qadın və kişi üzərində aparılmışdır. Araşdırmanın iştirakçıları ürəyin tac damarlarında gedən aterosklerozis (damarların divarını zədələyən və mənfəzini daraldan proses) və ürək-damar xəstəlikləri riskini hesablamaq üçün 11 ilə yaxın həkimlər tərəfindən izlənmişdir. İştirakçılar çay içməyən, gündə ˂1 və gündə ≥1 stəkan çay içənlər olmaqla 3 qrupa ayrılmışlar. 11 ildən sonra baxmışlar ki, gündə ≥1 stəkan çay içənlərdə heç içməyənlərə nəzərən damarları daraldan aterosklerozis prosesi ləngimiş və ürək-damar xəstəliyi riski aşağı olmuşdur.
İkinci araşdırma Çinin 10 əyalətində, yaşları 30-79 arasında dəyişən, 487 375 qadın və kişi üzərində aparılmış, iştirakçılar ortalama 7 il həkimlərin nəzarətində olmuşlar. Məqsəd çayın işemik ürək xəstəliklərinə (ürək damarların daralması nəticəsində ürəyin qidalanmasının pozulması) təsirini araşdırmaqdır. İştirakçılar bu araşdırmada da 3 kateqoriyaya ayrılmışdır; heç çay içməyən, gündəlik içməyən, gündəlik içən. Nəticədə gündəlik çay içənlərdə ürəyin işemik xəstəliyi və ürək-damar xəstəliklərinə bağlı istənməyən hadisələrin görülmə sıxlığı digər qruplara görə aşağı olmuşdur. Bir maraqlı məqam da odur ki, gündəlik çay içənlər arasında gündə 3 stəkanla, gündə 5 stəkandan çox içənlər bir-birindən fərqlənməmişdir. Yəni çox içsək, xeyri də çox olar məntiqi özünü doğrultmamışdır.
Əvvəllər çay haqqında elmi araşdırmalar çox aparılıb, hətta bir-biri ilə təzadlaşan nəticələr əldə edilib. Amma bu son iki araşdırma seçdiyi metoda görə sanballıdır və biz həkimlər üçün dəyərlidir. Sözü edilən araşdırmalara etibar edərək deyə bilərik ki, çay içmək xeyirlidir. Çayın xeyri tərkibindəki flavonoidlər deyilən maddələrə bağlanır. Flavonoidlər yağların oksidləşməsini azaldır, nitrik oksid kimi damar genişlədici maddənin sintezini artırır, damarın içini döşəyən endotel hüceyrələrinin işini yaxşılaşdırır və bu yollarla damarın mənfəzini daraldan aterosklerozis prosesini ləngidir. Köhnə araşdırmalar çayın qara, yaşıl, sarı, oolong və s. növlərinin bir-birinə olan üstünlüyündən bəhs etsə də, yuxarıda adı çəkilən araşdırmalarda növlər arasında fərq aşkarlanmamışdır. Çayın ürək-damar sistemindən əlavə digər sistemlər üzərində də faydalı təsiri var. Gündə ≥3 stəkən çay içmək şəkər xəstəliyi və iflic ehtimalını azaldır. Bəzi kiçik araşdırmalara görə yaşıl çay “pis” xolesterolu azaldır. Yaddaşın zəifləməsininə qarşı qoruyucudur. Yaşıl çayın prostat və məmə xərçəngini azaltdığı barədə məlumatlar var. Qara çay böyük və kiçik təzyiqi 2 mmHg aşağı salır. Çəkini azaltdığına inanılsa da, sübut yoxdur.