Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Baş Prokurorluq Xədicə İsmayılovanın şikayəti üzrə icraatı bərpa edib

Tarix:23-10-2022, 09:33 Baxış Sayı:88

Baş Prokurorluq Xədicə İsmayılovanın şikayəti üzrə icraatı bərpa edib

Baş Prokurorluq Xədicə İsmayılovanın şikayəti üzrə 2011-ci ildə  qaldırılmış cinayət işinin icraatını bərpa edib.

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Facebook səhifəsində məlumat yayıb.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova 2010-2011-ci illərdə, ölkə başçısının ailə üzvlərinin var-dövləti barədə araşdırmalarının yayımlanmasının ardınca təhdid, təhqirlərlə üzləşib. Bu kontekstdə “Yeni Azərbaycan”, “İki Sahil”, “Səs” qəzetləri jurnalist haqda aşağılayıcı məzmunlu məqalələr dərc edib.

İnternet mediasında isə jurnalistin yataq otağından gizli çəkilmiş video görüntülər yayılıb. Jurnalist hüquq-mühafizə qurumlarına, məhkəmələrə şikayətlər versə də, təqsirkarlar məsuliyyətə cəlb edilməyib.

Prokurorluq Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsilə cinayət işi başlayıb, ancaq həmin icraat 17 avqust 2015-ci ildə dayandırılıb. Jurnalist icraatın yenilənməsi üçün bir neçə dəfə müraciət etsə də, araşdırmalar bərpa edilməyib.

Xədicə İsmayılovanın şikayətləri üzrə yerli hüquq-mühafizə qurumlarının, məhkəmələrin qərarları Avropa Insan Haqları Məhkəməsi qarşısında mübahisələndirilib. Əlaqəli qurumların jurnalistin özəl həyata hörmət və ifadə azadlığı hüququnu qorumaması, jurnalistin başına gələn olaylarla bağlı təsirli araşdırma aparmaması qənaətinə gələn Avropa İnsan Hüquqları Məhkəməsi şəxsi həyata hörmət və ifadə azadlığı hüquqularının pozulduğu qənaətinə gəlib.

Avropa Şurası Nazirlər Komitəsi həmin qərarların icra durumunu sonuncu dəfə bu il iyunun 8-10-da keçirlən iclasında müzakirə edib. Komitə qəbul etdiyi qətnamədə Azərbaycan hökumətini “Xədicə İsmayılovaya qarşı törədilmiş cinayət əməlləri (təhdid məktubu, gizli çəkiliş və intim videoların yayılması) üzrə istintaqı dərhal yenidən başlatmağa, bütün şahidləri lazımi qaydada dindirməyə, işlə bağlı bütün ipuclarını izləməyə” çağırıb.

Komitənin qərarından 4 ay sonra, 10 oktyabr 2022-ci ildə Baş Prokurorluğun müstəntiqinin qərarı ilə 17 avqust 2015-ci il tarixli qərara əsasən dayandırılmış cinayət işinin icraatı bərpa edilib. Bu haqda Avropa Şurası Nazirlər Komitəsin Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məktubla məlumat verib.

Xədicə İsmayılova bildirib ki, Nazirlər Komitəsinin qərarından sonra Baş Prokurorluğa dəvət edilib.

“Mən onlara istintaqın nələri etmədiyini, nələrə mane olunduğunu dedim. İstintaqa mane olan şəxslərin üzə çıxarılıb cəzalandırılmasını tələb etdim. Orada mənə dedilər, sizə məlumat verəcəyik. Amma mənə məlumat verməyiblər, birbaşa Nazirlər Komitəsinə məlumat veriblər”.

Jurnalist hesab edir ki, istintaqın yenilənməsi “hələ heç nə demək deyil. Gərək istintaq aparsınlar”.

İsmayılova istintaqın nəricələrinin olacağına da ümidli deyil.

“Amma sonadək mübarizəmi davam etdirəcəyəm”, deyə o qeyd edib.

Jurnalist hüquq müdafiəçisi Rüfət Səfərovun həbsxanada ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliynin yüksək vəzifəli əməkdaşının onun izlənməsi ilə bağlı dedikləri barədə mediada yaydığı məlumatların da istintaq tərəfindən araşdırılmasını istədiyni bildirib.

Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidməti məlumatın doğru olduğunu və iş üzrə icraatın təzələndiyini təsdiq edib.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL