19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
İctimai fəal Bəxtiyar Hacıyev
3 gündür Rusiyanın 1-ci kanalında Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik olan, üzərində “Dağlıq Qarabağ Respublikası” yazılmış xəritənin sağ monitor, sol monitor, böyük plan, yaxın planda verildiyi proqram yayımlanıb.
Amma fransızca 3 söz bilmədiyi halda Makronun müsahibəsini əlində bayraq tutaraq Qərbi yıxıb-sürüyən hökumət jurnalistləri, politoloqları, Makrona mahnı bəstələyən TV kanalları 3 gündür susublar.
Birindən eşitdinizmi ki, qoşunları Azərbaycan ərazisində olan Rusiya bu mövqeyinə görə regionda sülhməramlı missiyası apara bilməz? Birindən çağırış eşitdinizmi ki, Rusiya səfirliyi qarşısında aksiya keçirərək buna etiraz etmək lazımdır? Eşitmədiniz, çünki, onların bağlı olduqları generalları indi oturduqları vəzifələrə Rusiya təyin edib.
Bəs o zaman Makrona qarşı kollektiv xorun kökündə nə dayanırdı?
Bunu da elə məhz həmin verilişdəki erməni və rus ekspertlər açıqlayırlar. Eləcə də Rusiya və Ermənistan mətbuatı.
Rusiya münaqişənin həlli üçün ABŞ-ın təklif etdiyi Vaşinqton planının Rusiya və Ermənistan maraqlarına zidd olduğunu bildirir.
Vaşinqton planında qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini dərhal tərk etməsi, Qarabağın Azərbaycan tərkibinə dərhal verilməsi təklif olunur və Qarabağın statusu müzakirə mövzusu deyil.
Moskva planında isə Qarabağın statusu açıq məsələ kimi gələcəyə ötürülür.
Makron da Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmalı olduğunu bildirib.
Buna görə də Moskvadan təyin olunmuş general-polkovniklərə işləyənlər müxalifəti, vətəndaş cəmiyyətini müxtəlif damğalarla xain, düşmən kimi təqdim edirdilər, Qərbə qarşı qaldırmağa çalışırdılar.
İndi özünüz qiymət verin, əsl düşmən kimdir? Qarabağın statussuz dərhal Azərbaycanın nəzarətinə qaytarılmasını, qanunsuz erməni silahlı birləşmələrinin dərhal çıxarılmasını, Zəngəzur dəhlizinin açılmasını istəyən Vaşinqton planının tərəfdarları, yoxsa, status məsələsini açıq saxlayan, ölkəmizdə rus qoşunlarının qalmasını istəyən, 1-ci kanalında ərazi bütövlüyümüzə bu qədər açıq hörmətsizlik edənlərə susanlar?