19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
“Çingiz Abdullayevə verilən sual qeyri-peşəkardır, jurnalistin məqsədi qaşınmayan yerdən qan çıxarmaq olub. Jurnalist niyə özünü hesablama palatasının işçisi kimi aparmalıdır?”, – Azərbaycanın bütün media ictimaiyyəti AYB-nin qurultayında jurnalistə “ölmürsən utanmaqdan”, – deyə qarğış eləyən Çingiz Abdullayevin hərəkətini pislədiyi halda “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qəzetin bugünkü (1 noyabr, 2022) sayında tamam başqa “peşəkarlıq” nümunəsi sərgiləyən məqalə yazıb.
İnsafən deyək ki, bu dəfə məqalə plagiat deyil, çünki belə “orijinal” fikirlər heç də hər adamın yastığının altından çıxa bilməz.
Qəribədir ki, bir qəzetin baş redaktoru jurnalisti sual vermək üstündə qınayır. “Çingiz Abdullayev Yazıçılar Birliyində nə təsərrüfat müdiridir, nə də baş mühasib vəzifəsində çalışır, ona belə sual verilir”? Axı, dövlət büdcəsindən maliyyələşən təşkilatın vəsaiti hara xərclənməsi ilə bağlı sualı Çingiz Abdullayevə verməyi elə Anar özü jurnalistə məsləhət görmüşdü.
Bəxtiyar Sadıqov Anarı və Anarsevərləri ürəkdən təbrik edərək yazısının aşağıdakı cümləsini də fərqləndirici formada təqdim edib – “Mənim qəti qənaətim budur ki, hazırda Anardan başqa o kresloda oturmağa daha çox mənəvi haqqı olan yoxdur!”. Axırında yekə bir nida işarəsi qoyulan cümlənin sətiraltı mənası budur ki, 35 ildir AYB sədri olan Anarın, 20 ildir “Azərbaycan” qəzetinin baş redaktoru olan Bəxtiyarın “kreslosunda oturmağa heç kimin mənəvi haqqı yoxdur!”.
Bəxtiyar Sadıqov bir qədər də uzağa gedərək bu mövzuda sosial şəbəkələrdə fikir bildirənləri də “boş-bekar, qeyri-etik, mənəviyyatsız və ikrahdoğuran” adlandırıb.
Sadıqov narahatdır ki, “qeyri-peşəkar sual verən jurnalist, onun qaşınmayan yerdən qan çıxarmaq cəhdi nədənsə arxa planda qalıb”. Bu nə məntiqdir? Jurnalist jurnalistin cəzalandırılmasını istəyir. Yusif Səmədoğlunun “Qətl günü” romanından məşhur ifadə yada düşür – “şairi şairinin başını istəyən məmləkət”.
Azərbaycana prosesləri duyan, peşəkar və cəsarətli suallar verməyi bacaran jurnalistlər lazımdır. Sonradan plagiat çıxan yağlı-boyalı, qırçın tuman fikirlər o illərdə qaldı, cənab Sadıqov, indi XXI əsrin üçüncü onilliyndə yaşayırıq. Azərbaycana sual verən jurnalist lazımdır, başqasının əvəzinə yazı quraşdıran yox! Gərəkdir öz gözündə tiri görməyən başqasının gözündə tük axtarmasın.