19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
AXCP sədrinin müavini Seymur Həzi
Dövlət başçısı İlham Əliyev bu günlərdə daha bir açıqlama verdi. Dedi ki, sülh üçün Qarabağda yaşayan erməni vətəndaşlarımızla danışmağa hazırıq, amma Moskvadan konspektlə gələn hansısa vardanyanla yox. Onun bu çıxışı yenə antirusiya mövqeyi kimi başa düşüldü və şərh edildi. Elə həmin günlərdə qulağını cingildətdiyimiz Rusiya milyarderi Ruben Vardanyan erminilərə video müraciət ünvanladı. Onun müraciətindən belə başa düşülürdü ki, Qarabağ erməniləri rəsmi İrəvandan əllərini üzməli və diaspor təşkilatları, sadə ermənilər Qarabağ ermənilərinin taleyi barədə düşünməlidirlər. O, məhz belə deyir: “Ermənistan vətəndaşı, diaspor (nə istəyirsən deyərsən), qarabağlılar təhlükədədir və biz bunu öz biganəliyimizlə ən böyük təhlükəyə çeviririk. Bunu vurğulamaq istəyirəm, üzr istəyirəm, bəlkə də çox emosionalam, amma indiki böhranda dürüst olmağımızı, bir-birimizin gözünün içinə baxmağı və birbaşa danışmağımızı istəyirəm”.
Vardanyan diaspor və Ermənistan vətəndaşını həmcins üzvlü xitaba çevirməklə, əslində ümumerməni meydanına müraciət etmək və Ermənistan dövlətini bu prosesdən kənara itələmək istəyir. Elə bununla da ilk sual peyda olur: niyə?
Rusiya üçün əsas risk
Kremldə düşünürlər ki, gec-tez İrəvan bu münaqişədən tam olmasa da qismən imtina edə bilər. Bunu danışıqlarda iddiaları minimuma endirərək edə bilər və belə olan halda Kreml münaqişənin diri saxlamaq üçün rıçaqları itirər. Məsələn, Paşinyanın bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyünün dünya tərəfindən tanındığı və Ermənistanın bu məsələni 1996-cı ildən uduzduğunu deməsi bu qəbildən geriçəkilmə və imtina sayıla bilər. Əgər Ermənistan Azərbaycana ərazi iddiası etmirsə, o zaman sülh daha real olur. Sülh reallaşanda isə Rusiyanın bölgədə mövcudluğu riskə düşür. Vardanyan isə bu məsələni ümumerməni müstəvisinə daşımaq istəyir. Məsələn, Fransa Senatında qəbul edilmiş Azərbaycan əleyhinə qətnaməni yaxşı “diaspor işi” adlandlrmaq olar. Belə bir mənasız, amma səs-küylü sənəd də ABŞ-da qəbul olunsa, o zaman Putin tam məqsədinə çatmış olacaq. Aydın görünür ki, ABŞ-da və Fransada olan erməni diaspor təşkilatları periferiyadakı ermənilərin qanı ilə – böyük Ermənistan ideyası ilə – Rusiya üçün ABŞ və Fransaya təzyiq etmək üçün mövcuddur. Yəni Ruben Vardanyan Rusiyanın Qərbdə şəbəkələşdirdiyi erməni diasporu ilə bir komanda kimi oynayır. Burada məqsəd sülhə mane olmaq gücündə olan yeni, dünyada sözü eşidilən “müqavimət” mərkəzi yaratmaqdır. Diasporun belə bir gücü varmı? Təcrübə göstərib ki, bəli var. Bəs nə etməli?
İlham Əliyev nə deyir, nə edir?
İlham Əliyevin yuxarıda xatırlatdığımız fikri, əlbəttə, doğrudur. Amma dərhal da Kremlin aparatından bildirdilər ki, Əliyev, Paşinyan və Putin telefonla danışıblar. Əliyev bunun ardınca dedi ki, Ermənistan kimdir, biz Zəngəzur dəhlizini Rusiya ilə danışırıq. Elə bu an sual yarandı: bəs Əliyev niyə Paşinyanı prosesdən kənarda qoymaq istəyir? Bəs Əliyev niyə Kremlin göndərdiyini lənətləyir, amma Kremllə müzakirələr aparıb, projelər qurmaq istəyir? Bu suallar olduqca maraqlı və Azərbaycanın rəsmi mövqeyi baxımdan açıq suallardır.