29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Dekabrın 8-də Avropa İttifaqı (Aİ) və Azərbaycanın əməkdaşlığı nəticəsində bu qurumun İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, yeni koordinasiya orqanı Avropa İnvestisiya Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), habelə quruma üzv dövlətlərin maliyyə institutlarının dəstəyi ilə fəaliyyət göstərəcək.
Bununla ölkəyə 2 milyard avroya qədər investisiya cəlb edilməsi nəzərdə tutulur. Bu cür prioritet investisiyalar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, ölkə daxilində layiqli iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə verməlidir.
Son 10 ildə Avropa İttifaqı Azərbaycana 20 milyard ABŞ dollarından artıq investisiya yatırıb. Beynəlxalq neft müqavilələrinin imzalanmasından sonra isə Azərbaycana təkcə “qara qızıl”dan 170 milyard dollar civarında vəsait gəldiyi açıqlanıb. Milli Şura, Müsavat Partiyası kimi müxalifət qüvvələri həmin vəsaitlərin böyük ölçüdə korrupsiyanın yeminə çevrilməsi ilə bağlı açıqlamalar yayıblar. Hərçənd, rəsmilər bu açıqlamaları qərəzli sayırlar.
R.Quliyev
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Turan”a bildirib ki, Azərbaycan üçün bu layihələr dünyanın maliyyə mərkəzləri ilə əlaqələrin olması baxımından maraqlıdır: “Bu, birincisi, ondan xəbər verir ki, həmin qurumlar bizə etibar edir. Azərbaycanın siyasi və iqtisadi sisteminin, milli valyutamızın sabit olduğuna inanır. Bununla da aparıcı maliyyə qurumları ilə münasibətlər inkişaf edir”.
Deputatın sözlərinə görə, digər tərəfdən, bu, həm də təcrübədir: “Biz bu sahədə təcrübə toplayırıq. Bəli, biz özümüz-özümüzü təmin edə bilən ölkəyik, bizim yetərincə maliyyəmiz var, amma istənilən halda biz belə mərkəzlərlə əməkdaşlıq etməliyik”.
Komitə üzvü qeyd edib ki, bu, sadəcə verilən kredit və investisiya deyil, həm də çox ciddi nəzarətdir: “Orada nəzarət ən ciddi səviyyədədir”.
N.Əliyev
İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, Avropa İttifaqının vəsait ayırması xoşməramlı missiyadır: “Onların ayırdığı investisiyalar faiz dərəcəsinə görə xeyli dərəcədə ucuz investisiya hesab olunur. Bu baxımından Avropa İttifaqının investisiyalarını cəlb etmək hər bir dövlətin arzusudur”.
Amma, iqtisadçının fikrincə, Azərbaycan hökuməti tək Avropa İttifaqının deyil, digər beynəlxalq təşkilatların ayırdığı vəsaitləri də çox səmərəsiz yönləndirib: “İndiyə qədər olan dövrdə də ayrılmış vəsaitlər oxşar sahələrə istiqamətləndirilmişdi – ölkə iqtisadiyyatının şaxələndirilməsi, kənd təsərrüfatının, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədlərinə yönəldirilirdi. Amma aradan xeyli vaxt keçib və mənə elə gəlir ki, ayrılmış beynəlxalq kreditlərin, investisiyaların səmərəliyini qiymətləndirsələr, o zaman məlum olacaq ki, məqsədlərə, əsasən, nail olunmayıb”.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı hələ də neftdən asılıdır: “Ölkənin qeyri-neft sektorunun inkişafı neft sektorunun inkişafından çox geridə qalıb. Əgər biz qeyri-neft məhsullarının ixrac səviyyəsinin 8-10 illik dinamikasına baxsaq, görərik ki, yenidən qeyri-neft göstəriciləri ya yerində sayıb, ya da artım çox cüzi olub. Beynəlxalq təşkilatların ayırdığı vəsaitlər o qədər səmərəsiz istifadə olunursa, o zaman bu prosesi davam etdirməyin nə mənası var?”.
N.Əliyev qeyd edib ki, son ilyarım ərzində yalnız neft və qazın bahalaşmasından Azərbaycan 21 milyard manat qazanıb: “Bu 2 milyardı oradan cəlb etmək mümkün idi. O zaman əlavə, özü də korrupsiya iyini verən 2 milyard vəsaiti cəlb edib onu gələcək nəsillərin boynuna yük etmək nə dərəcədə doğrudur?”.
Azadlıq radiosu