Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

ABŞ Azərbaycanı vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa və Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırır

Tarix:10-12-2022, 18:25 Baxış Sayı:104

ABŞ Azərbaycanı vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa və Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırır

Cümə günü ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin guya xuliqanlıq ittihamı ilə həbs edilməsinə reaksiya verib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”, – Departamentin mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün gündəlik brifinqində Turan-ın müxbirinin sualının cavabında deyib.

“ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə əvvəlkitək qətiyyətlə sadiq qalır və biz yenidən hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən onların öz fikirlərini dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq”, – Patel əlavə edib.

Hacıyev cümə günü saxlanılıb və onun barəsində 50 sutka müddətinə həbs qətimkan tədbiri seçilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Onun həbsi Azərbaycan hökumətinin müxalifət partiyalarının funksionerlərinə və fəallarına qarşı son repressiyaları fonunda baş verib.

Turan-ın “Azərbaycan rəsmilərilə (sonuncu dəfə bu həftə ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Bayramovla telefon danışığı zamanı) ikitərəfli danışıqlar zamanı insan hüquqları mövzusu müzakirə olunurmu” sualının cavabında Patel deyib ki,  ABŞ bu mövzunu öz xarici siyasətinin mərkəzində saxlayır və bundan sonra da saxlayacaq.

“Bu administrasiyanın işinin lap əvvəlindən, vəzifəyə başladığımız vaxtdan  biz dünya ölkələrilə qarşılıqlı fəaliyyət göstərərək insan hüquqlarını xarici siyasətimizin mərkəzi hissəsinə qoymuşuq və  bunu davam etdirmək niyyətindəyik”, – o deyib.

Hacıyevin həbsi  ABŞ-ın 65-dən çox fiziki və hüquqi şəxsə, azərbaycanlı polis polkovniki Kərim Əlimərdanova qarşı maliyyə sanksiyaları və viza məhdudiyyətləri elan etməsindən bir qədər əvvəl baş verib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) Riçard Kozlariç Turan ilə söhbətində deyib ki, mühüm olan odur ki, Dövlət Departamenti Kərim Əlimərdanova Qlobal Maqnitski qanununa uyğun olaraq insan hüquqlarının pozulmasına görə sanksiya tətbiq edib.

“Bakı rejimi cəzasız olaraq insan hüquqlarının pozulmasına yol verib. İndi nəticələr var”, – Kozlariç deyib. “Ümid edirəm ki, bu sanksiyalar kobud korrupsiyaya yol verən vəzifəli şəxslərə də şamil olunacaq”, – o əlavə edib.

Contact.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL