29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Vəkil qərarı qərəzli və əsassız sayır
“Bəxtiyar Hacıyevin həbsi birbaşa siyasi repressiyadır”.
Bunu AXCP sədri Əli Kərimli Meydan TV-yə siyasi fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı suala cavabında deyib.
Əli Kərimlinin sözlərinə görə, Bəxtiyar Hacıyevə qarşı uzun müddət sifarişli və məqsədli təzyiq prosesi aparılıb:
“Əvvəlcə oğurlanıb işgəncəyə məruz qoyuldu. Ardınca polis idarəsində zorakılığa məruz qaldı. Həmçinin neçə müddətdir ki, süni məhkəmə işinə cəlb edilmişdi. Bəxtiyar Hacıyev açıq şəkildə hakimiyyətin hədəfindəydi. 9 dekabr məhkəmə qərarını da siyasi sifarişin nəticəsi kimi qiymətləndirirəm”.
Kərimli deyir ki, hakimiyyət cəmiyyəti susdurmaq üçün növbəti mərhələyə başlayıb:
“Hesab edirlər ki, müttəfiqləri Putin Ukraynayla savaşı bir qədər uzada bildiyindən beynəlxalq avtoritarizmin çöküşü bir az ləngiyib. Bu fürsətdən istifadə edib Azərbaycan cəmiyyətini hərtərəfli sıxışdırmaq, repressiyalarla susdurmaq qərarına gəliblər. Ona görə çoxsaylı həbslər həyata keçirirlər. Bilirsiniz ki, bir çox ictimai-siyasi xadim artıq həbs olunub. Gültəkin Hacıbəyli məhkəməyə verilib, Bəxtiyar Hacıyev həbs olundu, “Siyasi partiyalar haqda” qanun layihəsi artıq ikinci oxunuşdan keçib. Hakimiyyət demokratik qüvvələri tam təcrid etmək siyasətinə start verib”.
AXCP sədri hesab edir ki, indiki mərhələdə söz Azərbaycan cəmiyyətinin və beynəlxalq birliyin olmalıdır:
“Azərbaycan cəmiyyəti, gənclər, ictimai-siyasi xadimlər, iş adamları, bu günə qədər nisbətən az danışanlar, “mənsiz də bu işlər yoluna düşər” ümidində olanlar, o cümlədən, “Azərbaycan zaman içində özü islahatlara qədəm qoyar” deyərək susqunluq göstərən beynəlxalq təşkilatlar mövqe bildirməlidirlər. Hakimiyyət yalnız xalqın ciddi, kütləvi etirazı və beynəlxalq aləmin təzyiqləri sayəsində bu repressiya prosesini durdura bilər. Əks təqdirdə, repressiyalar davamlı olacaq. Bizim ən böyük problemimiz odur ki, cəmiyyət olaraq potensialımızı qiymətləndirmirik və gücümüzə inanmırıq”.
Foto: Meydan TV“Əmin olun ki, bu günə qədər az-az mövqe bildirən, yaxud susan, amma ölkəsinin sabahını düşünən, Şimali Koreyalaşmasına biganə qalmayan onminlərlə, yüzminlərlə meydanalara çıxmalarını da demirəm, sosial şəbəkələrdə birmənalı mövqe qoysalar, fərqli mənzərə yaranar. Hakimiyyət görsə ki, bu gün susdurulanın əvəzinə minlər, onminlər danışır, o zaman ağlı başına qayıdar. Beynəlxalq birlik də avtoritar rejimlərlə siçan-pişik oyunlarını dayandırmalı və baş verənlərə reaksiya verməyi özündə güc tapmalıdır. Bu iki faktor repressiyaları durdura bilər. Bunlar olmayacaqsa, repressiyalar niyə davam etməsin ki?! Əgər cəmiyyət və beynəlxalq birlik susmaqda davam edəcəksə, hakimiyyət də zor gücünə cəmiyyəti susdurmaq, ram etmək, korrupsiya üçün yol açacaq”, – Kərimli belə deyib.
Vəkil Şəhla Hümbətova məsələnin detallarını bilmədiyindən məhkəmənin qərarını qiymətləndirməkdə çətinlik çəkdiyini söyləyib.
Ancaq vəkil deyib ki, həbs-qətimkan tədbiri müstəsna hallarda tətbiq edilməlidir:
“Azərbaycan məhkəmələri əksinə, bütün siyasi işlərdə həbs qətimkan tədbiri tətbiq edir. Hansı ki əksəriyyəti qanunsuz və əsassız olur. Hətta Bəxtiyar Hacıyev barəsində şikayət, cinayət işi vardısa, onun haqqında həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir zərurət yox idi. Zərurət olmayan yerdə, başqa qətimkan tədbirləri var. Nəyə görə onu cəmiyyətdən təcrid etməklə cinayət işini araşdırmalıdırlar? Bu qərar Hacıyeva qarşı qərəzin olduğunu göstərir”.
Ş.Hümbətova xatırladıb ki, Bəxtiyar Hacıyevin saysız şikayətləri olub:
“Onu küçənin ortasında oğurladılar, amma heç kim məsuliyyətə cəlb edilmədi. Halbuki Hacıyev şikayət etsə də, hüquq-mühafizə orqanları indiki kimi cəldlik göstərib vəzifələrini yerinə yetirmədi. Yəni işin açılması üçün heç bir tədbir görmədilər və şikayət də kağız üzərində qaldı. 9 dekabrda Hacıyevin həbsi əslində, onun haqda şikayətin bahənə olduğunu göstərir. Şübhəsiz ki, Bəxtiyar Hacıyev tənqidi möveyinə görə cəzalandırılır. Çünki bütün cəmiyyət və hüquq-mühafizə orqanları Hacıyevi hökumətin tənqidçisi kimi tanıyır. Yəqin ki, onu cəzasız qoymamaq üçün həmin şikayətdən bəhanə kimi istifadə etdilər”.
Source: Foto: sosial şəbəkə
Vəkil hesab edir ki, 10 dekabr İnsan Hüquqları Günündən 1 gün əvvəl ictimai fəalın həbsi hökumətin insan haqlarına münasibətidir:
“İkincisi, hər hansı islahatlar, yaxud proseslər keçirilirsə, müstəqil məhkəmə olmayana qədər heç bir problem həllini tapmayacaq. Çünki bütün hər şeyin önündə müstəqil məhkəmə amili dayanır. Bəxtiyar Hacıyevə qarşı münasibət də hakimin müstəqil qərar çıxarmaq iqtidarında olmadığını göstərir. Nə vaxta qədər ki, bizim məhkəmələr sifarişlə işləyəcək, ciddi dəyişiklik olmayacaq”.
Xətai Rayon Məhkəməsi dekabrın 9-da ictimai fəal Bəxtiyar Hacıyev barəsində ilkin istintaq dövrü üçün 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb.
Söhbət Bəxtiyar Hacıyevlə jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.
Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı.
Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.
İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.