Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Arif Hacılı: Hakimiyyət ölkədə təkpartiyalı sistem qurmağa çalışır

Tarix:12-12-2022, 12:49 Baxış Sayı:98

Arif Hacılı: Hakimiyyət ölkədə təkpartiyalı sistem qurmağa çalışır

 

No media source currently available

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin pozitiv dəyişkiliklər vəd vermədiyini , yeni qanunun siyasi partiyalar üzərində nəzarəti daha da artıracağını deyib.

Amerikanın Səsi: Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Sizcə yeni qanuna ehtiyac duyulurmu?

Arif Hacılı: Qanunlar doqma deyil. Qanunlar dəyişdirilə bilər. Amma hakimiyyət tərəfindən təklif olunan əlavə və dəyişkiliklər pozitiv dəyişkiliklər deyil. Bu baxımdan mən əminəm ki, yeni qanun bu şəkildə dəyişikliklərlə qəbul olunacaqsa əvvəlki qanun daha demokratik idi. Ona görə bu tipli dəyişikliklərə ehtiyac yox idi.

Amerikanın Səsi: Yeni qanun müxalif partiyaların fəaliyyətinə necə təsir edəcək?

Arif Hacılı: Burada partiyaların fəaliyyəti üçün müəyyən əlavə problemlər yaradan müddəalar var. Mahiyyət etibarı ilə bu yeni dəyişikliklər icra hakimiyyətinin siyasi partiyalar üzərində nəzarətini daha da artırır. Daha çox partiya üzvləri haqqında məlumatın verilməsi tələb olunur ki, bu da Azərbaycan şəraitində həmin şəxslərə qarşı təqiblərin olmasına şərait yaradır. Bundan başqa müəyyən reyestr tələbləri var ki, zaman-zaman partiya və partiyaya daxil olan və partiyadan xaric olan şəxslər barədə icra hakimiyyətinə məlumat verməlidir və s. Maliyyə məsələlərinə aid olan bu tipli dəyişkiliklər var ki, bunlar siyasi partiyaların fəaliyyətini daha da çətinləşdirəcək.

Amerikanın Səsi: Yeni qanun qüvvəyə minərsə Müsavat Partiyası fəaliyyətini necə quracaq?

Arif Hacılı: Əslində Azərbaycanda çoxpartiyalı siyasi sistem faktiki olaraq mövcud deyil. Qanunlara əməl olunmur. "Siyasi partiyalar haqqında" qanun hakimiyyət tərəfindən pozulur. Hüquq və azadlıqlar təmin edilmir. Bərabər hüquqlu siyasi rəqabət şəraiti yoxdur. Təəssüf ki, bu şərait uzun illərdir davam edir. Müsavat Partiyası, bəzi digər müxalifət partiyaları artıq belə bir qeyri-qanuni şəraitdə, hüquqi mühitin olmadığı bir şəraidə fəaliyyət göstərməyə öyrəşiblər. Bu tipli fəaliyyətimiz bundan sonra da çətinliklərimiz bir qədər artsa da yenə də davam edəcək.

Amerikanın Səsi: Sizcə Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması hansı zərurətdən irəli gəlib?

Arif Hacılı: Əslində belə bir zərurət yox idi. Sadəcə olaraq hakimiyyət zaman-zaman həm keçirdiyi referendumlarla, həm də qəbul etdiyi qanunlarla qanunvericiliyi bir qədər də sərtləşdirir. Demokratik mühiti daraldır. Demokratik institutların fəaliyyətinə maneçilik törədir. Bu qanun 1992-ci ildə bizim parlamentdə təmsil olunduğumuz dövrdə kifayət qədər müzakirələrdən keçdirkdən sonra qəbul edilmiş bir qanun idi və siyasi partiyaların fəaliyyətinə, çoxpartiyalı sistemin mövcudluğuna hər hansı problemlər yaratmırdı. Hakmiyyət ölkədə əslində faktiki olaraq təkpartiyalı bir sistem qurmağa çalışır və bu baxımdan bütün siyasi partiyaları müxalifət partiyalarını nəzarət altında saxlamağa çalışır. Eyni zamanda nəzarət altında olan partiyaların icra hakimiyyətindən aslılığını daha da artırmaq məqsədi ilə belə əlavə dəyişikliklər etdirlər. Bütün bunlar nəticə etibarı ilə avtoritar rejimin möhkəmlənməsinə xidmət edir.

Amerikanın Səsi: Bu qanunun ölkədə siyasi mühitə təsiri necə olacaq?

Arif Hacılı: Əlbəttə mənfi təsiri olacaq. Çünki bu qanunda çoxpartiyalı sistemin inkişafını nəzərdə tutan hər hansı əlavə və dəyişikliklər edilmədi.

Amerikanın Səsi: Sizcə ölkədə siyasi dialoq hansı prinsiplər üzərində qurulmalıdır və onun predmeti nələri əhatə etməlidir?

Arif Hacılı: Əslində ölkədə mövcud olan bütün siyasi partiyalar ümumi siyasi sistemin tərkib hissəsi olmalıdır. Təəssüf ki, Azərbaycan hakimiyyəti müxalifət partiyalarını siyasi sistemin tərkibi hesab etmir. Azərbaycan hakimiyyəti dialoq dedikdə siyasi partiyaların hakimiyyətlə əməkdaşlıq etməsini nəzərdə tutur ki, bu da əslində bir bərabərhüquqlu tərəfdaş kimi siyasi partiyaların ilk növbədə müxalifət partiyaların bu prosesdə iştirakına imkan vermir. Biz tam şəkildə bərabərhüquqlu tərəfdaş kimi ümummilli məsələlərdə Azərbaycanda demokratiyanın inkişafı, Azərbaycan cəmiyyətinin demokratikləşdirilməsi, ümumilli məsələlər, ərazi bütövlüyü və digər məsələlərdə hakimiyyətlə dialoqa hazır olduğumuzu həmişə bildirmişik. Ancaq hakimiyyət əslində dialoq yox, əməkdaşlıq, yəni icra hakimiyyətinin apardığı siyasətin müxalifət tərəfindən dəstəklənməsini dialoq kimi qələmə verməyə çalışır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə Amerikanın Səsinə bildirib ki, Milli Məclis beynəlxalq təcrübə əsasında 30-dan çox siyasi partiyanın da rəyini öyrənərək "Siyasi partiyalar haqqında" qanunun yeni layihəsini hazırlayıb, dinləmələrə çıxarıb: "Dinləmələr nəticəsində də yeni bir variant formalaşdırıldı. Bilirsiniz ki, üç komitənin birgə oxunuşunda biz onu müzakirə etdik, plenar iclasa tövsiyə etdik. Dəyişkiliyin məzmununa da baxsaq, ilk nəzərə çarpan Konsitutusiyanın preampulasında ifadə olunan konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq kimi ali niyyətlərin təmin olunmasına yönəldiyini görürük".

Bəhruz Məhərrəmov: Hesab edirəm ki, qanun layihəsi çox müsbətdir

No media source currently available

0:005:280:00

Onun sözlərinə görə, siyasi partiya ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə yaradılır: "Dövlət də kütləvi formada yox, məhz selektiv üsulla yalnız qoyulan məsələdə doğru, real imkanları və nəticələri olan siyasi təşkilatlara dəstək verməlidir. Bütövlükdə hesab edirəm ki, qanun layihəsi çox müsbətdir. Qanun layihəsi ilə bağlı müxtəlif fikirlərin olmasını da normal hesab edirəm. Amma bötövlükdə əvvəlki qanuna münasibətdə çox mütərəqqidir və beynəlxalq standartlara da cavab verdiyi qənaətindəyəm" , o qeyd edib.

Xatırlatma

Milli Məclis "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini müzakirə edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.

"Bu dinləmələrdə və ictimai müzakirələrdə qanun layihəsi ilə bağlı verilən təkliflər, səslənən fikirlər, qeydlər nəzərə alınıb", məlumatda qeyd edilir.

"Siyasi Partiyalar haqqında" yeni qanun layihəsinə görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL