Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Bəxtiyar Hacıyev 14 gündür aclıq edir

Tarix:28-12-2022, 22:55 Baxış Sayı:124

Bəxtiyar Hacıyev 14 gündür aclıq edir

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 14 gündür aclığı davam etdirir.

Dekabrın 28-də vəkillər Şəhla Hümbətova, Zibeydə Sadıqova və Aqil Layıc 1 saylı Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb. Görüş 3 saatdan çox davam edib.

Vəkil Şəhla Hümbətova Amerikanın Səsinə deyib ki, Bəxtiyar Hacıyev aclığı davam etdirir və sonadək aclığı davam etdirməkdə israrlıdır.

"O, Penitensiar Xidmətin həkiminin nəzarətindədir. Sağlamlıq durumu zəifdir. Yəni 14 gün aclıq edən insanın səhhəti necədirsə, onun səhhəti də elədir. O dedi ki, dünən bədəninə sistem köçürülüb və ondan sonra nisbətən yaxşı olub. Amma bu gün sistemin verdiyi gümrahlıq keçib, yenə də müvazinətini itirir".

Vəkil deyib ki, dekabrın 29-da saat 16.30-da Bakının Xətai rayon Məhkəməsində Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəkillərin növbəti vəsatətinə baxılacaq.

"Bu, vəkillərin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ikinci vəsatətidir. Birinci vəsatətə dekabrın 20-də baxılıb və təmin edilməyib. Ondan sonra Bəxtiyar artıq 8 gündür aclığı davam etdirir. O, kifayət qədər zəifləyib, immuniteti aşağı düşüb. Hazırda ölkədə koronavirus infeksiyasına yoluxma halları artmadadır, Bəxtiyar isə ummuniteti zəif halda qapalı təcridxanada saxlanılır. Onun infeksiyaya və ya başqa xəstəliklərə yoluxma riski nəzərə alınmalıdır. Bununla yanaşı növbəti 6 gün bayram günləridir və onunla vəkillərin görüşü olmayacaq. Həmçinin isitintaq orqanı Bəxtiyarın ailəsi ilə telefon danışığına qadağa qoyub. Bu səbəbdən növbəti günlərdə onun səhhəti ilə bağlı hər hansı məlumat almaq mümkün olmayacaq. O özü də dedi ki, ona qarşı təxribat da ola bilər. Bu səbəblərdən Hacıyev ev şəraitində olsa, daha yaxşı olar", vəkil qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctmiayyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev həkim nəzarəti altındadır, səhhəti normaldır.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 14 gündür aksiyanı davam etdirir.

Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Dekabrın 23-də Bakı Appelyasia Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL