Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

ADP hakimiyyəti Vasif Talıbovu cəzalandırmağa çağırdı… - BƏYANAT

Tarix:26-12-2022, 18:21 Baxış Sayı:122

ADP hakimiyyəti Vasif Talıbovu cəzalandırmağa çağırdı… - BƏYANAT

Bu gün ADP İdarə Heyəti ilin sonuncu toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ötən həftə ərzində Azərbaycan üçün əhəmiyyət daşıyan bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub.
İdarə Heyəti ilk öncə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntıların qanunsuz istismarına qarşı eko-fəalların və QHT təmsilçilərinin davam edən aksiyası və bu aksiyadan dolayı beynəlxalq aləmdə Azərbaycan əleyhinə yönələn bəyanatları müzakirə edib.
Müzakirələrdə qeyd edilib ki, beynəlxalq ictimaiyyətin ölkənin Qarabağ bölgəsində baş verənlərlə vaxtında və düzgün məlumatlandırılmaması Azərbaycanın əleyhinə olan bəyanatların verilməsinə gətirib çıxarır ki, bu da tamamilə Rusiyanın Qafqazdakı imperialist maraqlarına xidmət edir və Moskva da bundan öz maraqları naminə yararlanmaqdadır.
İdarə Heyəti dövlət orqanlarını və diplomatik korpus nümayəndələrini Azərbaycanın dinc yolla Xankəndi iqtisadi zonasını öz suverenliyinə qaytarmaq istədiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu məsələdə onların da Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə nail olunması istiqamətində daha ciddi addımlar atmağa çağırıb.
İdarə Heyəti ötən həftə Azərbaycan və Rusiya Xarici işlər nazirlərinin görüşü zamanı Lavrovun Azərbaycanın əleyhinə yönələn ifadələri ilə bağlı Azərbaycan xarici işlər naziri C.Bayramovun münasibət bildirməməsini ciddi siyasi səhv kimi dəyərləndirib. İdarə Heyəti bir daha vurğulayıb ki, Azərbaycan ərazisində Qarabağ xalqı deyil, etnik ermənilər yaşayır, həmin ermənilər də mənşəcə türkdürlər və bunu da xalq kimi dəyərləndirmək Rusiyanın Azərbaycan ərazisində separatizmi körüklədiyində maraqlı olduğunu bir daha sübut edir.
İdarə Heyəti hesab edib ki, Rusiya rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi təhdid xarakterli davamlı bəyanatlara görə Azərbaycan Rusiyanın təşkil etdiyi regional xarakterli tədbirlərdə yer almamalıdır. Eyni zamanda qeyd edilib ki, Rusiyanın təşkil etdiyi tədbirlərdə iştirak indiki beynəlxalq konyuktura şəraitində Azərbaycanın əleyhinə işləyən faktordur.
İdarə Heyəti vəzifədə olduğu müddətdə dövlətə və xalqa qarşı qanunazidd əməllərinə görə Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbovun istefa verməsi və mədəniyyət naziri Anar Kərimovun isə vəzifəsindən azad olunması hadisəsinə də münasibət bildirib. İdarə Heyəti hesab edib ki, Vasif Talıbov, o cümlədən dövlət büdcəsinə milyardlarla ziyan vuran bir çox yüksək vəzifəli məmurlar məsuliyyətə cəlb olunmalı, onların dövlətdən və xalqdan oğurladığı vəsaitlərin dövlət büdcəsinə qaytarılması ilə bağlı ciddi addımlar atılmalıdır. Əks halda həmin məmurların oğurladığı milyardların ölkənin iqtisadi və siyasi təhlükəsizliyi üçün ciddi təhlükələr yarada biləcəyi qeyd edilib. Eyni zamanda müzakirələrdə bildirilib ki, baş verənlər ölkədə kadr siyasətinin düzgün aparılmadığını göstərir, kadrların qohumbazlıq prinsipi ilə vəzifəyə gətirilməsi və həmin şəxslərin uzun müddət vəzifədə saxlanılması onların dövlətə və xalqa qarşı ağır cinayətlər törətməsi üçün zəmin yaradır. İdarə Heyəti ölkədə kadr siyasətində köklü dəyişilmələrin aparılmasının vacibliyini bildirib.
İdarə Heyəti həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etitraz əlaməti olaraq keçirilən dinc etiraz aksiyasına polisin zorakı müdaxiləsini, o cümlədən həmin aksiyada iştirak edən fəalların bir neçəsinin inzibati qaydada həbs olunmasını qətiyyətlə pisləyib, bunu ölkədə sərbəst toplaşmaq azadlığının boğulması kimi dəyərləndirib, son vaxtlar ölkədə həyata keçirilən siyasi motivli həbslərin ölkənin sivil dünya ilə üz-üzə qoyulmasına və Rusiyanın təsir dairəsinə salınmasına xidmət etdiyini bildirib. İdarə Heyəti ölkəmizin milli problemlərinin həll olunması qarşısında ən ciddi maneyə kimi ölkədə daxili siyasətinin yanlış olmasını, insan hüquq və azadlıqlarının pozulması olduğunu nəzərə alaraq qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ölkə başçısını ölkədə milli həmrəylik və milli problemlərimizin həlli naminə siyasi məhbusların azad olunması istiqamətində humanist addım atmağa çağırıb.
İdarə Heyəti 22 dekabr tarixində keçmiş SSRİ-nin yaradılmasının 100 illiyinin tamam olmasına və bu tarixdə Rusiya prezidenti Putinin keçmiş SSRİ-ni bərpa etmək niyyətinin iflasa uğradığına da diqqət çəkib. Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycan SSRİ-nin tərkibinə zorla qatıldığı zaman mədəni inqilab və kollektivləşmə adı altında ölkəmizin milli burjuaziyası, ötən əsrin 37-ci illərində minlərlə ziyalılarımız məhv edilmiş, 70 il ərzində 1 milyard barreldən çox neftimizin və digər maddi resurslarımız istismar edilmiş, mədəni və tarixi irsimizə qarşı talançılıq və vandalizm siyasəti yürüdülmüşdür. İdarə Heyəti bunları nəzərə alaraq Azərbaycan hökumətini beynəlxalq məhkəmədə Rusiyaya qarşı iddia qaldıraraq kompensasiya tələb etməyə çağırıb.
İdarə Heyəti ötən həftə ölkə başçısı İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla görüşündəki Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması ilə bağlı fikirlərini dəstəklədiyini ifadə edib, eyni zamanda həmin fikirlərlə bağlı beynəlxalq ictimaiyyətin düzgün və obyektiv məlumatlandırılması ilə bağlı diplomatik korpusun, KİV-lərin, hakimiyyətin və cəmiyyətin birgə iş aparmasının vacibliyini qeyd edib.
İdarə Heyəti bu ilin sonuna kimi Azərbaycan-Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh sazişinin baş tutmamasının səbəbi kimi danışıqlar prosesinin Rusiyanın vasitəçiliyi ilə aparılmasını və alternativ müstəvidə aparılan danışıqlara isə Rusiyanın müdaxiləsini və Rusiyanın Cənubi Qafqazda sülhün yaranmasında maraqlı olmadığını göstərib.
İdarə Heyəti Rusiya-Ukrayna müharibəsinə də bir daha diqqət çəkib. Müzakirələrdə ötən həftə Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri, bu səfər çərçivəsində Ukraynaya yardımların davam etdirilməsi ilə bağlı əldə olunan razılaşmalar təqdir edilib. İdarə Heyəti Azərbaycan hökumətinin Ukraynaya verdiyi humanitar dəstəyi də təqdir edərək, bu yardımın davam etdirilməsinin və genişləndirilməsinin vacibliyini bildirib, eyni zamanda bir daha beynəlxalq ictimaiyyəti Ukraynanın haqlı davasına dəstək olmağa çağırıb.
Muxalifet.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL