Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Əli İnsanova böyük jest: 40 kilo qızılı geri qaytarılır

Tarix:5-01-2023, 11:47 Baxış Sayı:88

Əli İnsanova böyük jest: 40 kilo qızılı geri qaytarılır

Haqq və Ədalət Partiyasının (HƏP) sədri, keçmiş Səhiyyə naziri Əli İnsanovun mövqeyini dəyişərək qəfildən konstruktiv müxalifətə keçməsi müxtəlif mülahizələrin ortaya çıxmasına səbəb oldu.

Analitiklər bu siyasətin davamlı olacağını, HƏP-in tədricən radikal müxalif düşərgədən uzaqlaşacağını iddia etdilər.

Xatırladaq ki, qocaman siyasətçinin sonrakı davranışları bu ehtimalları doğrultdu. Ə. İnsanovun ötən il noyabr ayının 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) Heydər Əliyev adına sarayda  keçirilən 30 illik yubileyinə qatılması və tədbirlə bağlı jurnalistlərə isti mesajlar verməsi bunu təsdiqlədi. HƏP sədrinin ötən il dekabrın 12-də mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabanda keçirilən anım mərasiminə qatılmasından sonra onun hakimiyyət düşərgəsinə meyillənməsinə zərrə qədər də şübhə qalmadı.
 
14 illik ağır məhbəs həyatından sonra aktiv siyasətə atılan və radikal davranışları ilə seçilən keçmiş nazirin mövqeyindəki dəyişiklik nə ilə bağlıdır?
 
“Yeni Sabah” Əli İnsanovun mövqeyindəki kəskin dəyişikliyin səbəbini öyrənə bilib. Siyasətçinin partiyadaşlarından biri saytımıza bildirib ki, hakimiyyət Ə. İnsanova vaz keçə bilməyəcəyi böyük vəd verib. Onun sözlərinə görə, konstruktiv müxalifətə keçməsi qarşılığında HƏP sədrinə məhkəmə yolu ilə müsadirə edilən əmlakının geri qaytarılması vəd edilib.
 
Mənbə deyib ki, siyasətçiyə qaytarılması nəzərdə tutulan əmlakın siyahısına 2005-ci ilin oktyabrında onun evindən götürülmüş, təxminən 40 kiloqram həcmində qızıl külçələr və Xızı rayonunun Qızılqazma kəndində 1 hektar ərazidə yerləşən bazar qiyməti 3 milyon manat olan dəbdəbəli villa da daxildir.
 
76 yaşlı siyasətçinin əmlakını geri almaq üçün yaxın günlərdə apelyasiya şikayəti verəcəyi gözlənilir.
 
Qeyd edək ki, MTN generalı Akif Çovdarov 5 illik məhbəs həyatından sonra bu yaxınlarda 30 milyonluq əmlakını geri qaytarmağa nail olub.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL