Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Əvəz Zeynallının apelyasiya şikayəti təmin edilməyib

Tarix:6-01-2023, 11:09 Baxış Sayı:87

Əvəz Zeynallının apelyasiya şikayəti təmin edilməyib

Prokurorluq hesab edib ki, onun azadlıqda qalması istintaqın gedişinə mane olacaq

Yanvarın 5-də Bakı Apelyasiya Məhkəməsində “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı haqqında həbs qətimkan tədbirinin müddətinin uzadılması haqda qərardan verilmiş şikayətə baxılıb. Dekabrın 29-da Binəqədi Rayon Məhkəməsi prokurorluğun təqdimatını təmin edərək, Əvəz Zeynallı haqqında istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddətini daha üç ay (aprelin 8-nə qədər) artırıb. Apelyasiya şikayəti də həmin qərardan verilib.

Şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyilə baxılıb. Qapalı keçirilən məhkəmə iclasında Əvəz Zeynallı özü də iştirak edib. Sifarişlə həbs olunduğunu vurğulayan “Xural TV” rəhbəri heç bir cinayət törətmədiyini deyib.

Onun vəkili Rəşad Əliyev bildirib ki, Əvəz Zeynallı haqqında həbs qətimkan tədbiri seçilməsi üçün əsas yoxdur. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs haqqında alternativ qətimkan tədbiri seçməklə də istintaqı aparmaq olar. Rəşad Əliyev əmindir ki, Əvəz Zeynallının azadlıqda qalması istintaqın gedişinə heç bir təsir gösətrməyəcək.

Lakin məhkəmədə iştirak edən prokurorluq təmsilçisi bununla razılaşmayıb və Əvəz Zeynallının həbsdən buraxılmasına etiraz edib. O bildirib ki, onun azadlıqda qalması istintaqın gedişinə mane ola bilər.

Apelyasiya məhkəməsi şikayəti təmin etməyib – Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilmişdi. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.

Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL