Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Naxçıvanın təzə sahibləri də KÖHNƏLƏRİN YOLUNU GEDİR... - BU DA FAKT!!!

Tarix:6-01-2023, 18:33 Baxış Sayı:102

Naxçıvanın təzə sahibləri də KÖHNƏLƏRİN YOLUNU GEDİR... - BU DA FAKT!!!

Babək rayon Tumbul kəndindəki "Daş Məhsulları Sənaye Kompleksi" MMC-yə aid zavodun bir qrup işçisi, əmək hüquqlarının pozulduğunu deyirlər.

Şikayətçilərin "Gündəlik Naxçıvan"a bildirdiyinə görə, onlar istirahət və bazar günləri işləməyə məcbur edilirlər. Gün ərzində 8 saatdan artıq işlədilən fəhlələr, zavodda təhlükəsizlik və digər tədbirlərin görülməməsindən də şikayətçidirlər. MMC, əvvəllər Rza Talıbovun nəzarətində olan "Gəmiqaya" Holdinqə məxsus olub. Bir müddət öncə isə MMC, holdinqin əlindən alınıb.

Daş sexində fəhlə işləyən B. Ağayev deyir ki, zavodda əl dəyişəndən sonra işçilər sevinib ki, artıq hər şey qaydasına düşəcək. Şikayətçi deyir ki, onların sevinci çox çəkməyib:
"Bir neçə gün öncə gəlib, "Gəmiqaya" yazılan lövhəni apardılar. Dedilər ki, bura artıq Rza Talıbovun deyil. Sevindik ki, bizim də hüquqlarımız bərpa olunacaq, insan kimi işləyəcəyik. Ancaq, hər şey əksinə oldu, qaydalar biraz da sərtləşdirildi. Dedilər ki, heç nə dəyişməyəcək. Bizi əvvəlki kimi şənbə və bazar, bayram günləri işlədirlər. Həmin günlər işə gəlməyənlərin maaşından kəsirlər. Əvvəl bizimlə necə davranırdılar, indi də elə. Sözün qısası, bizi qul kimi işlətməkdə davam edirlər".
Işçilər bayram və istirahət günləri çalışdıqları üçün, ikiqat əməkhaqqı tələb edirlər:
"Bizim bütün əmək hüquqlarımız pozulur. 180 nəfər bizim sexdə, 70 nəfər də Nehrəmdəki sexdə işləyir. İkisində də eyni vəziyyətdir. Biz tələb edirik ki, əmək müfəttişliyindən gəlib, baş çəksinlər, maraqlansınlar və bizim hüquqlarımızın bərpa olmasına yardımçı olsunlar".
Məsələyə münasibət öyrənmək üçün, zavodla əlaqə saxlamaq mümkün olmadı. Zavod rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL