Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

QARABAĞDA BAKI İLƏ ƏSAS DANIŞIQÇI İŞDƏN ÇIXARILIB

Tarix:7-01-2023, 19:41 Baxış Sayı:95

QARABAĞDA BAKI İLƏ ƏSAS DANIŞIQÇI İŞDƏN ÇIXARILIB

Qarabağda “Təhlükəsizlik Şurası”nın rəhbəri Vitali Balasanyan vəzifəsindən kənarlaşdırılıb. Müvafiq fərmanı şənbə günü “prezident” Araik Arutyunyan imzalayıb. Bu barədə yanvarın 7-də günorta Ermənistan KİV bildirib.  

Balasanyanın yerinə əvvəllər Qarabağın “Milli Təhlükəsizlik Xidməti” rəhbərinin birinci müavini olmuş Ararat Melkumyan təyin edilib.

İşdən çıxarılmanın səbəbi açıqlanmır, lakin yerli müşahidəçilər dəfələrlə qeyd ediblər ki, Balasanyanla Qarabağ separatçılarının yeni lideri Ruben Vardanyan arasında ciddi ziddiyyətlər var. Bu, Ruben Vardanyanın bu yaxınlarda Xankəndidə təşkil etdiyi mitinqdə xüsusilə nəzərə çarpıb. Balasanyan nümayişkaranə şəkildə mitinqdə iştirak etməyib.

Qeyri-rəsmi məlumata görə, Vitali Balasanyan Bakının əlaqə saxladığı şəxsdir. Belə ki, məhz Balasanyan Laçında ermənilərlə ünsiyyətdə olub, onları sakitcə, yaşayış məntəqələrinə ziyan vurmadan şəhəri və ətrafdakı kəndləri tərk etməyə çağırıb. Bu səbəbdən Balasanyanı xəyanətdə və Bakıdan gələn əmrləri yerinə yetirməkdə ittiham ediblər.

Öz növbəsində Azərbaycan rəhbərliyi bildirib ki,  Qarabağ ermənilərilə əlaqə saxlayır, lakin Moskvanın əlaltısı Ruben Vardanyanla münasibət qurmayacaq.

Balasanyanın çıxarılması separatçıların rəhbərliyində ziddiyyətlərin artmasından xəbər verir. Bakı ilə danışıqlar aparmağa hazır olanların kənarlaşdırılması o deməkdir ki, Vardanyan Azərbaycan hakimiyyətilə sərt qarşıdurma xəttini davam etdirmək niyyətindədir ki, bu da silahlı qarşıdurmaya apara bilər.

Turan” IA

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL