Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq aclıq edənlərin sayı artır

Tarix:4-01-2023, 14:25 Baxış Sayı:102

Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq aclıq edənlərin sayı artır

Həbsdə olan fəal Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq aclıq aksiyası davam edir.

Həmrəylik aksiyası iki yerdə keçirilir: Yaqublunun mənzilində, burada  qadınlar aclıq edir və Müsavat Partiyasının mənzil-qərargahında.

Fəalın xanımı Maya Yaqublu evdə aclıq edir. “Bu gecə təzyiqim qalxdı, təcili yardım çağırdım. Həkimlər təzyiqi sabitləşdirməyə kömək etdilər, amma indi böyrəklərimdə kəskin ağrılar var. Bununla belə, həyat yoldaşıma dəstək olaraq aclığı davam etdirirəm. Əgər öləcəyiksə, birlikdə öləcəyik”, – Maya Yaqublu Turan-a bildirib.

O həmçinin deyib ki, yanvarın 10-da ona qoşulan Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalı Günel Babayeva qripə yoluxduğu üçün bu gün aksiyanı dayandırmağa məcbur olub. Daha bir partiya fəalı Gülnarə Rəhimova aclığı davam etdirir.

Yanvarın 11-də Müsavat Partiyasının qərargahında aclığa Müsavat Partiyasının üzvləri Natiq İsrailli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının  üzvü Şirvan Soltanov qoşulub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  üzvləri Təvəkkül Həsənov, İsmayıliddin Qasımov və Zəkrulla Nağıyev yanvarın 10-dan burada aclıq edirlər.

Yanvarın 9-dan Azərbaycan Xalq Cəbhəsi Partiyasının  üzvləri Babək Həsənov, Əlizamin Salayev, Ceyhun Novruzov, Əlizamin Kazımov, Sakit Məmmədli, Tofiq Məmmədov və Müsavat Partiyasının  üzvü Əziz Məmiyev aclıq aksiyasında iştirak edirlər.

Yanvarın 8-dən Xalq Cəbhəsi Partiyasının  üzvləri Seymur Əhmədsoy və Elnur Quliyev aclıq aksiyasında iştirak edirlər.

Aksiya iştirakçısı Babək Həsənov Turan-a bildirib ki, hakimiyyət Tofiq Yaqublu, Bəxtiyar Hacıyev və digər siyasi məhbusların azadlığa buraxılması barədə etirazçıların tələblərinə hələ də cavab verməyib.

Həsənovun sözlərinə görə, aksiya iştirakçılarına vətəndaş cəmiyyəti, siyasi partiyaların nümayəndələri və hüquq müdafiəçiləri baş çəkir.

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının  lideri Əli Kərimli Müsavat Partiyasının qərargahına gələrək etirazçılara və onların tələblərinə dəstəyini ifadə edib.

* Dekabrın 23-də Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə Bakının mərkəzində keçirilən etiraz aksiyasında saxlanılıb. Həmin gün Səbail məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib. Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Yaqublu buna etiraz olaraq aclıq elan edib.

* * Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən alcığa başlayıb.

Contact.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL