19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Baş Prokuror Kamran Əliyevə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzova, Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti Saxlanma yeri və İstintaq Təcridxanasının rəisi Mehman Əhmədova, Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Səbinə Əliyevaya Ə.Zeynallının sağlıq durumu ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Diqqətinizə çatdırım ki, həyat yoldaşım, müstəqil, araşdırmaçı jurnalist Əvəz Zeynallı 10 sentyabr 2022-ci il tarixində Prezident Aparatının məsul şəxslərinin siyasi sifarişilə, saxta, əsassız, heç bir dəlil-sübutu olmayan ittihamları əsasında Binəqədi rayon məhkəməsinin sifarişli hakimlərinin məhkəmə qərarları ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib. 29 dekabr 2022-ci ildə əlavə olaraq, heç bir zərurət olmadığı halda həbsinin müddəti Binəqədi Məhkəməsi tərəfindən daha 3 ay uzadılıb. Ötən müddət ərzində ona qarşı irəli sürülən ittihamların heç biri öz təsdiqini tapmayıb.
Buna baxmayaraq, prezidentin verdiyi səlahiyyətlərdən sui-istifadə edən məmurlar şəxsi maraqlarını önə çəkərək, bir müstəqil jurnalisti girov götürərək, onun fəaliyyətini dayandırıblar.
Bu gün Əvəz Zeynallının sağlamlığında ciddi problemlər yaranıb. Yüksək qan təzyiqi və şəkərinin olması gözlərinin görmə qabiliyyətini aşağı salıb və hazırda təcili əməliyyata ehtiyacı var. Üstəlik haqsız yaşadığı gərginliklər də onun sağlamlığı üçün ciddi təhlükə yaradır. Bir gün belə yubanmaq, onun sağlamlığında ciddi fəsadlar yaradacaq.
Səlahiyyətlərinizdən istifadə edərək, Əvəz Zeynallının təcili həkim müayinəsindən keçirilməsi, həmçinin ailəsilə əlaqə yaradılması üçün zəruri addımlar atmağınızı xahiş edirəm.
Bakı şəhəri, 16 yanvar 2023-cü il