Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

ABŞ-ın mühüm senatorları Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını tələb edirlər

Tarix:14-02-2023, 19:34 Baxış Sayı:119

ABŞ-ın mühüm senatorları Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını tələb edirlər

Bazar ertəsi ABŞ-ın mühüm senatorları Azərbaycan hakimiyyətini fəal Bəxtiyar Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməyə çağırıblar, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Mən hələ də hesab edirəm ki, Azərbaycanın gələcəyi demokratiya birliyində olmalıdır, amma fəal Bəxtiyar Hacıyev kimi siyasi məhbusların həbsi bu yolu sarsıdır”,- Senatda senator Dik Durbin bildirib.

“Azərbaycan Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməlidir”, –  o, Twitter hesabında yazıb.

Helsinki Komissiyasının həmsədri, senator Ben Kardin də Azərbaycan hökumətini “dekabr ayından haqsız olaraq saxta bəhanələrlə saxlanılan” Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıb.

“Biz insan hüquqlarını pozmaq istəyən hər kəsi məsuliyyətə cəlb edə bilərik və edəcəyik”, – Cardin Twitter hesabında qeyd edib.

Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. O bu ittihamları qəti şəkildə rədd edir və aclıq elan edib.

Senatorların tvitləri şənbə günü Dövlət Departamenti yenidən Hacıyevin tezliklə azad edilməsinə çağırdıqdan və fəalın səhhətinin ciddi şəkildə pisləşdiyini və komaya düşmə riskinin olduğunu qeyd etdikdən sonra yayılıb.

Daha sonra həftə sonu Derpartament demokratiya, insan hüquqları Bürosunun Twitter hesabında aşağıdakıları dərc edib: “Biz Azərbaycan hakimiyyətini hüquq müdafiəçiləri Bəxtiyar Hacıyevi, Elçin Məmmədovu və əsas azadlıqları həyata keçirdiklərinə görə həbs olunanların hamısını dərhal azad etməyə, Elçin Sadıqovun üzərindən ev dustaqlığını və ittihamları götürməyə çağırırıq”. 

Contact.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL