Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Rövşən Bağırov da özünə MİNİ-XANLIQ QURUB... - İTTİHAM VAR!

Tarix:15-02-2023, 15:02 Baxış Sayı:119

Rövşən Bağırov da özünə MİNİ-XANLIQ QURUB... - İTTİHAM VAR!

İcra başçıları üçün artıq QARA KABUSA çevrilən MALİYYƏ NAZİRLİYİ XOFU davam etməkdədir. Qeyd edık ki, iki gün əvvəl Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar etdiyi məlum oldu.

Bu barədə Maliyyə Nazirliyindən rəsmi qaydada məlumat verildi. Xəbərə görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.

Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, əslində bu faktlar sözügedən icra hakimiyyətlərindəki mənimsəmlərin cüzi bir hissəsidir və əsas yeyinti faktlarını təbii ki hüquq-mühafizə orqanları üzə çıxaracaq.

Bu arada daxil olan informasiyalardan belə aydın olur ki, Biləsuvar və Ağcabədi ilə yanaşı, Ağsunun icra başçısı üçün də arzuolunmaz dönəmə start verilib.

Bu barədə redaksiyamızı bilgiləndirən raayondakı mənbə iddia edir ki, bu ilin may ayında Ağsu "hökmranlığını" qeyd etməyə hazırlaşan Rövşən Bağırov bu rayonda özünə əməlli-başlı XANLIQ qurub. Qaynaq yazır:

"Rövşən Bağırov da Ağsunu Vasif Talıbov Naxçıvanı idarə etdiyi kimi idarə edir. Diqqət yetirin, ondan şikayət-filan da yoxdur. Hamısı yerindəcə boğulur. Adam özünə rayonda balca XANLIQ da qurub".

Amma buna rəğmən bütün "balaca padşahların" sonunun çatdığını deyən mənbə Ağsuda da Maliyyə Nazirliyi tərəfindən təftişin həyata keçirildiyini iddia edib: "Bu yoxlamalar nəticə verəcək. Hər halda ağsulular ümid edir..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

xeberfakt.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL