19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Bu gün, fevralın 16-da Azərbaycan Ali Məhkəməsi “KİM” internet televiziyasının ötən il həbs olunmuş əməkdaşı, “Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri Abid Qafarovun işini apellyasiya instansiyasına qaytarıb. Bu barədə AzadlıqRadiosuna Qafarovun vəkili Aqil Layıc məlumat verib.
Onun sözlərinə görə, Ali Məhkəmə müdafiə tərəfinin şikayətinə baxaraq işi yenidən apellyasiya məhkəməsinə qaytarıb. O qeyd edib ki, Qafarovun həbsi üçün heç bir əsas yox idi.
Hələlik, qərara digər maraqlı tərəflərin münasibətini öyrənmək mümkün olmayıb.
2022-ci il iyulun 13-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan və təhqirdə günahlandırılır.
Müdafiə tərəfinə görə, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğurunda mübarizə aparmadıqlarına görə onları qınayıb.
Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı.
Qafarov da özünü təqsirli bilmir və “Tərtər işi”ni araşdırdığına görə sifarişlə həbs olunduğunu bildirir.
2017-ci ildə açılan “Tərtər işi”ndə bir çox hərbi qulluqçular dövlətə xəyanətdə günahlandırılıblar. Sonradan həmin işdə təqsirləndirilən bir çox hərbçinin işgəncəyə məruz qalmasını Baş prokurorluqdan da bildiriblər. Buna görə əlavə həbs edilənlərin də olduğu açıqlanıb. Hazırda yenilənən istintaqın davam etdiyi, buraxılanların olduğu və zərərçəkənlərin sayının artdığı deyilir. Amma həmin zaman həlak olan və sonradan bəraət alan (bəraət almayanlar da var) bəzi hərbi qulluqçuların yaxınları iddia edirlər ki, işgəncələrdə əsas məsuliyyət daşıyanlar cəzadan kənarda qalıb.
xural.com