Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Zaman Novruzovun “Azərsu”dan “Dəmir Yolu”na uzanan yolu… - Milyarderlər Sulutəpədə it boğuşduranda Zamanın orada rolu nə imiş..?

Tarix:19-02-2023, 16:20 Baxış Sayı:120

Zaman Novruzovun “Azərsu”dan “Dəmir Yolu”na uzanan yolu… - Milyarderlər Sulutəpədə it boğuşduranda Zamanın orada rolu nə imiş..?

Bu yazıda haqqında bəhs edəcəyimiz Zaman Novruzovun avtobioqrafiyasına ötəri nəzər salaq ki, söhbətin nədən getdiyi məlum olsun. Zaman Novruzov 1958-ci ildə doğulub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1980-1988-ci illərdə “Azərneftquraşdırma” trestində müxtəlif vəzifələrdə çalışıb. 1988-1990-cı illərdə “Azərneftkimyaquraşdırma” trestinin 2 saylı Sumqayıt Quraşdırma İdarəsinin rəisi, 1990-1996-cı illərdə Bakı Quraşdırma İdarəsinin rəisi vəzifələrində işləyib. 1996-2001-ci illərdə Abşeron Regional Su Səhmdar Cəmiyyətinin “Su tikinti” birliyinin rəisi, Abşeron Regional Su Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2001-2005-ci illərdə “Su satış” müəssisəsinin direktoru vəzifələrində çalışıb. 2005-2011-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti vəzifəsini tutub. 2011-2015-ci illərdə “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin müşaviri və vitse-prezidenti vəzifələrində çalışıb. 2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində işləyib. 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

Burada bir maraqlı məqama nəzər salaq. Yaxından tanıyanlar gözəl bilir ki, 1996–2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışmış, 2004-2005-ci illərdə “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti olmuş Oqtay Əsədovla ilk gündən onunla birgə çalışmış Zaman Novruzov çox yaxın münasibətdə olublar. Və tam məsuliyyətlə deyə bilərik ki, Oqtay Əsədov Zaman Novruzovu öz yerinə, yəni varisi kimi hazırlayıb. Bu ailəni yaxından tanıyanlar qeyd edir ki, zərrə qədər şübhə etmirdik ki, yaxın zamanda Zaman Novruzov Azərsu-nun prezidenti olacaq. Amma... Əmması odur ki, şahidlərin dediyinə görə, bir məclisdə Oqtay müəllimin ayaqqabısının burnunun biraz tozlu olması və Zamanın buna diqqət göstərməməsi, eyni zamanda Nizaməddin Rzayevin cəld cibindən dəsmalını çıxardıb....

Sözün qısası, xırda görünən bu detal Zamanın suyun prezidenti olmaq arzusunu gözündə qoyub, Nizaməddin Rzayev isə heç kimin gözləmədiyi halda Azərsu-nun prezidenti olub. Bildiyimizə görə, bu təyinata görə, Oqtay müəllimdən doğmaları da möhkəm inciyib. Ki, niyə bizim Zamanı deyil, Nizaməddini sədr qoydun..?

Sözün qısası, Zaman Novruzov SU-da birinci şəxs ola bilməyib. Amma... Əmması odur ki, bilənlər bilir ki, Zaman Novruzov həmişə Azərsu-nun ən bahalı, milyonluq layihələrini ələ keçirib. Bu adam sözün həqiqi mənasında SU satmaqla, həm də Azərsu-dakı milyonluq tikinti layihələrinə görə, milyoner yox ee, milyarder olub.

Bəli, Zaman o zaman idi ki, ( söhbət Zaman müəllimdən getmir haa ) Sulutəpə ilə Əriklik deyilən sahə arasında milyarderlər ( milyonçular yox haa...) it boğuşdurmaqla məşğul idilər. Bu yerdə Zaman Novruzovdan soruşmaq istəyirik ki, sən orada neyləyirdin. Sənin oradakı rolun nə idi, ay Zaman Novruzov..?

Bəli, Oqtay Əsədov Milli Məcclisin sədri olduğu dönəmdə Zaman Novruzov Azərsu-ya dövlətin ayırdığı milyonları talamaqla məşğul idi. Ancaq 2011-ci ildə Azərsu-nun rəhbərliyi dəyişiləndə Zaman Novrzovu vəzifədən çıxardı. Və Zaman Novruzov özünü tələm-tələsik “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin müşaviri və sonra isə vitse-prezidenti vəzifəsinə “qaynaq” edə bildi. İşlədiyi 5 il müddətində ASC-nin imkanlarından, resurslarından istifadə edərək Bakıda xeyli göydələn binalar tikib satdı və sərvətini artırdı. 2015-2016-cı illərdə isə Zaman Novruzov özün güc-bəla ilə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsinə pərçim elədi, 2016-cı ildən bu günədək isə, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavinidir. Tam məsuliyyətlə demək olar ki, Azərbaycan Dəmir Yollar QSC-nin bütün maliyyə resursları Zaman Novruzovun əlində cəmlənib. Yəqin ki, tez-tez əməliyyat keçirən orqanların yolu Zaman Novruzov tərəfə də düşəcək. Bax, onda demək olacaq ki, Zaman o zaman idi... Ardı var...Tərəflərin mövqeylərini dərc etməyə haızırıq.gundelik-baku.com

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL