Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Helsinki Komissiyası Azərbaycan hökumətini Bəxtiyar Hacıyevi həbsdən azad etməyə çağırıb

Tarix:21-02-2023, 21:59 Baxış Sayı:116

Helsinki Komissiyası Azərbaycan hökumətini Bəxtiyar Hacıyevi həbsdən azad etməyə çağırıb

Azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin vəziyyətinin kəskin pisləşməsi ilə bağlı xəbərlərdən sonra Helsinki Komissiyasının sədri Co Vilson və həmsədr senator Ben Kardin aşağıdakı birgə bəyanatla çıxış edib: “Biz qondarma ittihamlarla həbsdə olan və aclıq aksiyasını davam etdirərkən səhhəti kəskin şəkildə pisləşən azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin əsassız həbsindən və ona qarşı pis rəftarın davam etməsindən tamamilə dəhşətə gəlirik. Hacıyevin Azərbaycan rejimi tərəfindən cəzalandırılması ona qarşı irəli sürülən ittihamlarla tamamilə qeyri-mütənasib olmaqla yanaşı, həm də haqlı fəaliyyəti nəticəsində saxlanılması, təzyiqə və zorakılığa məruz qalması ilk dəfə deyil.

Azərbaycan ABŞ-ın mühüm tərəfdaşı olub və dünyada enerji imkanları üçün mühüm əhəmiyyət kəsb edir, lakin bizim beynəlxalq əlaqələrimiz heç də bundan az əhəmiyyətli deyil, insan hüquqlarının əsas prinsiplərinin qarşılıqlı tanınmasına əsaslanır. Bu, həm cənab Hacıyevə, həm də çoxsaylı digər siyasi məhbuslara aiddir.

Biz Administrasiyadakı və Avropadakı həmkarlarımıza qoşularaq Azərbaycan hakimiyyətini cənab Hacıyevlə humanist rəftara və insan haqlarını təmin etməyə, Helsinki Prinsipləri çərçivəsində onun daxili və xarici öhdəliklərinə qayıtmağa çağırırıq”, sənəddə deyilir.

Bu, Helsinki Komissiyasının Bəxtiyar Hacıyevə azadlıq tələb edən ikinci bəyanatıdır.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

1 saylı Bakı İstintaq Təcridxanasından fevralın 11-də Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülən insan haqları fəalı 44 gündür aclığı davam etdirir və 5 gün quru aclığa keçirib, su qəbulundan imtina edib. O özünün və bütün siyasi məhbusların həbsdən azad edilməsini tələb edir.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

amerikaninsesi.org

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL