19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Fevralın 23-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən ərizələr üzrə yekun qərar və qərardadlarını elan edib.
Bu barədə fevralın 23-də "aihmaz.org" saytı məlumat yayıb.
Məlumatda Azərbaycanla bağlı daha 4 qərardad elan edilərək, iddia olunan pozuntular tanınıb.
Siyasi fəal İlkin Rüstəmzadə 2011-ci ildə yaradılan "Azad Gənclik" təşkilatının təsisçilərindən biri olub. Şikayəti 2013-cü ilin mayında İqtisad Universitetinin tələbəsi və vətəndaş cəmiyyəti qurumu üzvü ikən həbs edilməsindən sonra ərizəçinin həmin vaxt Azərbaycanda məşhur olan "Harlem Shake" rəqsinin çəkilişində iştirak etməsi və videonu "Youtube"a yükləməsinə görə xuliqanlıqda ittiham olunması ilə bağlıdır. Rüstəmzadə həmin hadisələrin ardınca, xuliqanlıq və cinayətə, kütləvi iğtişaşların təşkilinə hazırlıq, qanunsuz olaraq silah əldə edib daşıyan, partlayıcı maddələrə və qurğulara sahib qrupa üzvlük kimi cinayət əməllərində təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10 (ifadə azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi AİHM qarşısında heç bir cinayət əməli törətmədiyini, məhkum edilməsinin onun qeyd edilən hüquqlarını pozduğunu iddia edirdi.
AİHM bu işdə ərizəçinin 6-cı və 10-cu maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulmasına qərar verib.
Qərara əsasən, hökumət Rüstəmzadəyə mənəvi zərər əvəzi 12 min avro, xərc və məsrəfələrə görə 2 min 500 avro ödəməlidir.
Emin Bəşirli və başqaları Gənclərin HİV/AİDS və Narkomaniyaya Qarşı Mübarizə Mərkəzinin və digər ictimai birliklərin təsisçiləri olublar. Birliklər 2012-ci ildə təsis edilib. Ancaq Ədliyyə Nazirliyi adı çəkilən İB-in qeydiyyat sənədlərini dörd dəfə geri qaytarıb. Digər təşkilatların da qeydiyyatından imtina edilib. Ərizəçilər AİHM qarşısında birləşmək (Konvesiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia edirdilər.
AİHM bu işdə ərizəçilərin birləşmək hüququnun pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət 1-ci ərizəçilərə (Emin Bəşirli və Vüsal Yolçuyev) 2700 avro, ikinci ərizəçilərə (Mehriban Əhmədova və Ceyhun Əliyev) 1600 avro təzminat ödəməlidir. Qərar üzrə bütün ərizəçilərə birlikdə 1000 avro xərc və məsrəf əvəzi də ödənilməlidir.
Qubad Bayramov və Rəcəb İmanovun şikayəti isə "İctimai Təşəbbüslər Mərkəzi"nin qeydiyyatına alınmaması ilə bağlı idi. Ədliyyə Nazirliyi 2012-ci ildə təsis edilmiş mərkəzin qeydiyyat sənədlərini iki dəfə geri qaytarmış, məhkəmələr nazirliyin hərəkətlərindən verilmiş şikayətləri təmin etməmişdilər. Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvesiyanın 6-cı maddəsi) hüquqlarının pozulduğunu iddia edirdilər.
Məhkəmə bu işdə ərizəçilərin birləşmək azadlığı hüququnun pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçilərə 4 min 500 avro mənəvi zərər əvəzi, 500 avro xərc və məsrəf əvəzi ödəməlidir.
Yaşar Ağazadə və başqalarının şikayəti qeyri- hökumət təşkilatlarının qeydiyyata alınmaması ilə bağlı idi. Ərizəçilərdən Y.Ağazadə "Həbsxana İslahatlarına Yardım" təşkilatının təsisçilərindən olub. Ədliyyə Nazirliyi 2011-ci ildə yaradılan təşkilatı qeydiyyata almayıb, yerli məhkəmələr nazirliyin hərəkətlərini qanuni hesab etmişdilər. Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia edirdilər.
Məhkəmə bu işdə ərizəçilərin birləşmək azadlığı hüququnun pozulmasına qərar verib. Qərara görə, hökumət birinci ərizəçilərə (Rövşən Kəbirli və Yaşar Ağazadə) 4 min 500, ikinci ərizəçilərə (Fəqan Əsədov və Yaşar Ağazadə) 2 min təzminat ödəməlidir. Ərizəçilərə birlikdə 1000 avro xərc və məsrəf əvəzi də ödənilməlidir.
amerikaninsesi.org