Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Onları televiziyadan qovurlar - Tanınmış yazıçıdan HƏYƏCAN siqnalı

Tarix:24-02-2023, 07:18 Baxış Sayı:127

Onları televiziyadan qovurlar - Tanınmış yazıçıdan HƏYƏCAN siqnalı

Son zamanlar televiziya kanallarında yeni dəb işə düşüb. Yeni rəhbər yeni komanda yaradaraq köhnələrlə vidalaşır. Nümunələr göstərir ki, yeni heyət sadəcə kəmiyyət dəyişikliyi yarada bilir. Keyfiyyət isə yerində sayır.

Bu dəb nədən qaynaqlanır və nə dərəcədə doğrudur?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycanda hər sahədə olduğu kimi, televiziya sahəsində də problemlər var.

eb1817225e29f44340af9e5cb90017f6.jpg (96 KB)

"Doğrudur, milli efirimiz inkişaf etdikcə, bu problemlər yavaş-yavaş aradan qalxır. Həm kəmiyyət, həm keyfiyyət məsələlərinə üstünlük verilir. Əvvəlki kimi iki dövlət kanalı yox, özəl kanallar, internet kanalları, kabel televiziyası var. O cümlədən dövlət televiziyasının 2 kanalı və İctimai Televiziya böyük bir telerəqabət mühiti yarada bilib. Amma bu telerəqabət mühitinin dünya və Avropa səviyyəsində televiziya verilişlərinin və efirin hazırlanmasına təsiri çox böyük deyil. Ona görə də istər özəl, istərsə də dövlət kanallarında tez-tez rəhbər dəyişiklikləri olur. Köhnə rəhbərlə yanaşı, komandasının da dəyişilməsinə normal baxmaq lazımdır. Əgər televiziyada problem varsa, deməli, həmin komandada da problem var. Ona görə də həmin komandanın dəyişilməsinə start verilir", - kulturoloq bildirib.

Aydın Xan Əbilovun sözlərinə görə, bütün bunlara rəğmən, köhnə komandada olan peşəkarları dəyişmək düzgün deyil:

"Hər hansı bir qurumda, televiziyada dəyişiklik zamanı oradakı peşəkarları geriyə atmaq olmaz. İllərlə öz həyatını bu işə sərf etmiş şəxslərlə vidalaşmaq olmaz. Birincisi, Əmək Məcəlləsinə görə, layiqli, peşəkar şəxslə əmək müqaviləsinə xitam vermək olmaz. Əgər verilirsə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, məhkəməyə müraciət oluna bilər. İkincisi, bizdə bütün sahələrdə peşəkarlar öz gələcək karyerası üçün qayğılana bilərlər. Bu, növbəti "beyin axını"na səbəb ola bilər. Əgər bir peşəkar hansısa rəhbərin dəyişikliyi ilə işini itirmək qorxusu ilə yaşayırsa, ölkədən gedə bilər. Bu da müxtəlif sahələrdə boşluq yarada bilər.

Bəli, televiziyalarımızda tez-tez dəyişikliklər olur. Buna normal baxmaq lazımdır. Çünki TV canlı bir aləmdir. Televiziya həm də biznes strukturudur, pul gətirməlidir, reklam axtarmalıdır. Televiziya hər bir tamaşaçı üçün mübarizə aparmalıdır, çünki TV ilə yanaşı, sosial şəbəkələr, internet televiziyaları tamaşaçı uğrunda mübarizə aparır. Beynəlxalq imkanları geniş olan kanallar belə hər bir tamaşaçı uğrunda mübarizə aparır. Çünki hər bir tamaşaçı hər bir efir imkanı və reklam, pul deməkdir. Ona görə də rəqabət normaldır.

Ancaq bizim milli telekanallarımız peşəkarları itirməməlidirlər. Onlarla işləməyi bacarmalıdırlar. Əks halda onların efirində problemlər yarana bilər. Hesab edirəm ki, efirdə müəyyən problemlərə görə rəhbərlik, komanda dəyişikliyi olanda peşəkarlarla sağollaşmaq olmaz. Məsələn, texniki işçinin nə günahı ola bilər? Aparıcı var ki, onun yaxşı verilişi var. Onun nə günahı var? Bunun üçün monitorinq, bazar araşdırması olmalıdır. Telemenecerlər, teletənqidçilər olmalıdır ki, düzgün nəticə hasil olsun".

Aytən Novruz
Musavat.com

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL