Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

BƏXTİYARIN KOMPROMATI. NƏ DÜŞÜNƏK?

Tarix:4-03-2023, 18:11 Baxış Sayı:105

BƏXTİYARIN KOMPROMATI. NƏ DÜŞÜNƏK?

Çingiz Sultansoy

Bəxtiyar Hacıyev günahı var? Bəli. Qınamalıyıq onu? İndi yox. Müdafiəsini davam etməliyik? Bəli! Niyə? Ona görə ki, Bəxtiyar qadınlarla davranışda yol verdiyi aşağılayıcı ifadələrə, münasibətə, buraxdığı səhvlərə, elədiyi günahlara, seks əməllərinə görə deyil, hakimiyyəti TƏNQİD etdiyinə görə həbs edilib. Şərlənərək həbs edilib.

İstənilən saxta ittihamlı belə həbsə etiraz etmək lazımdır. Bəxtiyarın müdafiəsini davam etməliyik. Mən Bəxtiyarı azadlığa çıxandan sonra qınayacam, lap ittiham da edəcəm. İndi yox. İndi qınamaq təkərə düşmək, fitvaya getməkdir, hakimiyyətin çaldığına oynamaqdır. Oynayan oynasın, mən elə naiv deyiləm.

Toplumda Bəxtiyara münasibətin birdən-birə belə dəyişməyin, dəstəyin kəskin belə azalmasının səbəbi kompromatdır – adına çıxarılan, yayılan yazışma, screen-shotlar, səs yazıları, foto və videolardır. Onlara istinad edərək üzü dönənlər unudurlar ki, yazışma, foto, videoların bir qismi həqiqi olsa da, ən biabırçı, qıcıqlandırıcı kiçik qismi saxta, şər-böhtan ola bilər. Ağıllı-savadlı adam bunu istisna eləməz. İstisna eləmək olmaz da.

Bilirəm, yazışmaların xeyli hissəsi, foto və, ola bilsin, video təsdiq olunub. Hətta çox qismi də. Deyirlər ki, dostları susur – deməli həqiqətdir. Ola bilər. Olsun! Amma bu o demək deyil ki, HAMISI real və həqiqidir. Unutmayın, məharətlə düzəldilmiş deza 90-95% həqiqi faktlardan, 5-10% yalan olur. Lap məharətli dezoda yalanın faizi 2-3 olur, həlledici 2-3%! Toplum da rahatülhülqum kimi udur. İnanır.

Bəxtiyarın bu yolla da şərlənməsini istisna edənlər ya sadəlövh, naivdir, ya da çağdaş texnologialardan, KGB-nin və bənzər qurumların geniş imkanlarından xəbərsizdir. “Avatar” filminə baxmamısınız? Ekranda gördüyünüz kuklalar, multfilm deyil, real insanabənzər məxluqlardır. Qaçırlar, tullanırlar, ov edirlər, döyüşürlər, sevişirlər. Tam real. Cəmi-cümlətanı 237 milyon dollara başa gəlib, dəqiqəsi 1,43 milyon dollara. Davamı olan “Avatar. Su yolu” filmi isə 350 milyona. Birincisi onüç ilə 3 milyard dollar gəlir gətirib, ikincisi təzə çıxıb, artıq 2,3 mlrd.

Fotoşopun, insanın səsini dəyişən səs redaktoru proqramlarının, animasionun, kömpüter qrafikasının, komüter dizaynının imkanlarından xəbərsizsiniz? Bilmirsinizsə, bilin və ağah olun, Bəxtiyarın və hansısa qadının iştirakıyla 15-20 saniyəlik saxta yataq videosu çəkmək heç 20 000 dollar da eləməz. Maksimum! Bu puldu möhtərəmlər üçün? Semiçkaplu. Amma Bəxtiyarı müdafiə edən Azərbaycan toplumunu sarsıtmaqda, birliyini pozmaqda həlledici rol oynadı. 20 000 dollar ha… <a style=скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL