29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
“Azərbaycanda media orqanları və jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq edilir”
“Dünyada qlobal azadlıqlar artıq 17-ci ildir ki, geriləyir”.
“Freedom House” beynəlxalq insan hüquqları təşkilatının martın 9-da açıqladığı “dünyada azadlıqlar” barədə illik hesabatında belə deyilir.
Hesabata görə, Moskvanın artıq bir ildən artıqdır ki, davam edən işğalçı müharibəsi Ukraynada insan hüquqları sahəsində ciddi problemlər yaradıb. Müharibə bu ölkədə dağıdıcı və vəhşiliklərlə yadda qalır:
“Rusiyada azadlıqların geriləməsi onunla qonşu ölkələrə də təsir edib. Sovet İttifaqının çöküşündən 30 il keçsə də, Rusiyanın hesabına Avrasiyada avtoritarizm dominantlıq edir”.
Keçmiş sovet ölkələrindən yalnız üç Baltik ölkəsi – Estoniya, Litva və Latviya “azad” sayılıb. Bu ölkələr Avropa İttifaqı və NATO üzvləridir.
Azərbaycan isə 9 balla Çin, Myanma, Yəmənlə eyni sıraları bölüşür.
Gürcüstan 58, Ermənistan 54 balla qismən azad sayılıb.
“Demokratik idarəçiliyin olmaması regionda sabitsizlik yaradıb, avtokratlar qonşularına qarşı, eləcə də daxili narazılığı susdurmaq üçün hərbi gücə əl atır”, – hesabatda vurğulanır.
Türkmənistan azadlıqlara görə, dünyada ən pis üçüncü, Tacikistan isə yeddinci ölkə sayılıb.
“Freedom House” eyni zamanda Qafqaz və Orta Asiya ölkələrinin “Rusiyanın Ukrayna ərazisini ilhaqını tanımaqdan imtinası”nı, Rusiya banklarına qarşı beynəlxalq sanksiyalara əməl etməsini alqışlayıb.
Belarus isə istisnadır. Səbəb isə bu ölkənin lideri Aleksandr Lukaşenkanın Ukraynaya qarşı müharibədə Rusiya ilə sıx əməkdaşlıq etməsidir.
Ötən il dünyada qeyri-azad sayılan 57 ölkədən 16-sı bu il siyasi hüquqlar və mülki azadlıqların boğulduğu yer kimi ən aşağı həddə çatıb.
Cənubi Sudan, Türkmənistan, Suriya 1, Tacikistan 7, Əfqanıstan və Belarus 8 bal yığıb.
“Avtoritarlar son dərəcə təhlükəli olsalar da, məğlubedilməz deyillər”
“Freedom House” qeyd edir ki, demokratiya uğrunda mübarizə dönüş nöqtəsinə yaxınlaşa bilər.
2022-ci ildə isə ümumi azalma qeydə alınan ölkələrin sayı arasındakı fərq son 17 ilin ən pis göstəricisidir.
“Avtoritarlar son dərəcə təhlükəli olsalar da, məğlubedilməz deyillər. İlin hadisələri göstərdi ki, avtokratlar yanılmazlıqdan uzaqdırlar və onların səhvləri demokratik qüvvələr üçün yol açır”.
Rusiya, Mənbə: Reuters“Freedom House” bildirib ki, Rusiya və İran kimi ölkələrdə ifadə azadlığının məhdudlaşdırılması fonunda demokratiya uğrunda mübarizə həlledici məqama çatır.
2022-ci ildə ifadə azadlığının sıfır bal yığdığı ölkələrin sayı ötən illərlə müqayisədə 14-dən 33-ə qalxıb.
Ən azı 157 ölkə və ərazidə media azadlığı təzyiq altında qalıb. Şəxsi həyatın toxunulmazlığı ilə bağlı ballar da çox aşağı səviyyəyə enib.
“Avtoritar rejimlər demokratik təzyiqlə üzləşəndə əməkdaşlıq çat verir”
Təşkilatın hesabatına görə, azadlıq və demokratiyanın geriləmə ilə üzləşməsinin səbəbləri sırasında müharibə, çevrilişlər, qanunsuz liderlərin demokratik qurumlara basqısı da var:
“Avtoritarların əməkdaşlığı öz maraqları ilə motivasiya olunur. Yəni rejimlərin prioritetləri üst-üstə düşməyəndə, yaxud onlar müəyyən demokratik təzyiqlə üzləşəndə bu əməkdaşlıq çat verir”.
Bu baxımdan təşkilat KTMT ötən ilin əvvəlində Qazaxıstandakı böhrana reaksiya verməsini, Ermənistana isə “qonşu Azərbaycanın onun suveren ərazisinə təkrarlanan hücumları fonunda” kömək göstərməməsini qeyd edir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT).
Foto: “odkb-csto.org”
Hesabatda Ermənistanın Rusiyanın rəhbərlik etdiyi blokun yeganə “qismən azad” ölkəsi olması vurğulanır.
Yerevan Bakının 2020-ci il müharibəsindən sonra sərhəd toqquşmaları nəticəsində onun ərazisinə girdiyini deyir.
Azərbaycan isə bu iddiaları təkzib edib, sərhədlərin delimitasiya olunmadığını bildirib.
Azərbaycan həmin il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb.
Qarabağda ermənilər yaşayan yerlərə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.
“Media qurumları qeydiyyatdan keçməyə məcbur edilir”
“Freedom House” hesabatında həmçinin qeyd edir ki, Azərbaycan və Qazaxıstanda media orqanları və jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq edilir.
Yeni qəbul edilən qanunvericiliklə jurnalistlər, media qurumları qeydiyyatdan keçməyə məcbur edilir.
Azərbaycanda yeni media qanunu 2022-ci ilin əvvəllərində təsdiqlənib.
Müstəqil jurnalistlər hesab edirlər ki, qanun onların fəaliyyətini məhdudlaşdırır, hökumət rəsmiləri isə əksinə, onlara kömək məqsədi daşıdığını bildirir.
Media. Foto: Meydan TVVenesiya Komissiyası da həmin qanuna mənfi rəy verib.
Qanunun qəbulu ölkədə bir ildən artıqdır ki, səngiməyən etirazlara səbəb olub.
“Azərbaycan Ermənistandakı demokratik hökumətə təhdid yaradır”
Hesabatda demokratik trayektoriyası diqqət mərkəzində olan ölkələr sırasında Ermənistanla Türkiyənin adı çəkilir.
“Azərbaycan qüvvələri sərhəd boyunca Ermənistan ərazisinə hücum edərək tutub, bu isə Yerevanda demokratik hökumətə təhdid yaradır, tammiqyaslı müharibə riskini artırıq”, – hesabatda qeyd edilir.
Azərbaycan hakimiyyəti dəfələrlə sülh sazişi imzalamağa hazır olduğunu, Ermənistanın bu prosesi yubatdığını bildirib.
Azərbaycan-Ermənistan, Andrii Anna photographers/ShutterstockErmənistanın Baş naziri Nikol Paşinyan isə Azərbaycan tərəfin sülhə qol qoymadığını deyib.
Türkiyə barədə isə qeyd edilir ki, hökumət seçki qanunları ilə manipulyasiya edib, “dezinformasiya”ya görə sərt cərimələr tətbiq edib.
Bu isə 2023-cü ilə planlaşdırılan seçkilər öncəsi müxalifətin fəaliyyətini əngəlləyib.