Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Özünü İranla münasibətlərin qurbanı sayan ilahiyyatçı məhkəmə qarşısında

Tarix:9-03-2023, 15:12 Baxış Sayı:141

Özünü İranla münasibətlərin qurbanı sayan ilahiyyatçı məhkəmə qarşısında

Vəkil müdafiə etdiyi şəxsə bəraət istədi

Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçı Sərdar Babayevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Martın 9-da hakim Əhməd Quliyevin sədrliyilə keçirilən məhkəmə iclasında Sərdar Babayevin vəkili Cavad Cavadov müvəkkili haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham əsassızdır. Vəkilin sözlərinə görə, Sərdar Babayev 2017-2020-ci illərdə həbsdə olduğu halda, həmin dövrdə onu dövlətə xəyanətlə əlaqəli əməllər həyata keçirməkdə ittiham edirlər:

“İstintaq çox yanlış aparılıb”.

Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunan Sərdar Babayev özü də təqsirsiz olduğunu vurğulayıb. O, cinayət işinə xitam verilməsi haqda vəkilinin qaldırdığı vəsatətin təmin olunmasını istəyib. Onlar vurğulayıb ki, Sərdar Babayevin həbsi İranla Azərbaycan arasında siyasi münasibətlərin gərginləşməsinin nəticəsidir.

Vəkil Cavad Cavadov daha bir vəsatət qaldıraraq xahiş edib ki, əgər məhkəmə cinayət işinə xitam verməsə, Sərdar Babayev barəsində həbs qətimkan tədbiri dəyişilsin, hökm çıxarılana qədər o, ev dustaqlığına buraxılsın.

Prokuror hər iki vəsatətin əleyhinə çıxıb. Məhkəmə də vəsatətlərin heç birini təmin etməyib.
İlahiyyatçının işi üzrə məhkəmə baxışı martın 16-na təyin olunub.

1974-cü il təvəllüdlü Sərdar Babayev bundan əvvəl 2017-ci ilin fevralında da həbs olunmuş, Cinayət Məcəlləsinin 168-1.3.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsilə 3 il azadlıqdan məhrum edilmişdi.

O zaman iddia olunurdu ki, Sərdar Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirirdi ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Üstəlik, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxs də xaricidə dini təhsil alıb. Bundan başqa, həmin məhdudlaşdırıcı maddə 2017-ci ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Sərdar Babayevin 3 il azadlıqdan məhrum edilməsilə əlaqədar Avropa Məhkəməsinə şikayət olunub. Avropa Məhkəməsi də həmin şikayət üzrə Azərbaycan hökumətinə suallar ünvanlayıb. Hazırda kommunikasiya mərhələsində olan sözügedən şikayətdə ilahiyyatçının vəkili ona münasibətdə İnsan Haqları və Əsas Azadlıqlara dair Avropa Konvensiyasının 9-cu (dini etiqad azadlığı) və 14-cü (ayrı-seçkiliyin yolverilməzliyi) maddələrinin pozulduğunu göstərib.

Dövlətə xəyanət ittihamına gəlincə, Sərdar Babayev 2021-ci il oktyabrın 19-dan bu ittihamla həbsdədir. O, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olunur.

Lakin ilahiyyatçı özünü təqsirli bilmir və həbsini siyasi motivli hesab edir. Ailə üzvləri də Sərdar Babayevi İranla Azərbaycan arasında gərginləşən münasibətlərin repressiya qurbanı hesab edir: “İttihamları qətiyyən qəbul etmir. Bu səbəbdən istintaqda ifadə verməkdən də imtina edib”.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL