Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

‘İran təxribatlar, Azərbaycan isə dindarların kütləvi həbsini həyata keçir’

Tarix:13-03-2023, 16:29 Baxış Sayı:110

‘İran təxribatlar, Azərbaycan isə dindarların kütləvi həbsini həyata keçir’

Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri bildirdi ki, İrana məxsus hərbi təyyarə martın 11-də dövlət sərhədi boyunca uçuş həyata keçirib. Rəsmi açıqlamaya görə, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Üstəlik, əlavə edilib ki, hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdar etməyə dair beynəlxalq təcrübəyə əməl olunmayıb: “İran hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması… iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir”.Məlumatda əlavə edildi ki, bununla bağlı İrana nota verilib.Hələlik, rəsmi açıqlamaya qarşı tərəfdən münasibət almaq mümkün olmayıb.Bakı səmalarında “şahinlər”in uçuşuAzərbaycanın yerli media orqanlarında yazılanlara görə, belə hal birinci dəfə yaşanmır. 2001-ci ilin avqustunda Bakı səmalarında Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələrinin (“Şahinlər”) uçuşunun da belə hallara cavab olduğu bildirilirdi.H.BabaoğluH.BabaoğluMilli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu “Turan”a bildirib ki, müstəqillik əldə edilən (1991) dövrdən indiyə kimi İranın Azərbaycana münasibəti dəyişməyib: “Bu, həmişə aqressiv və bir müstəmləkə baxışı olub. Sadəcə bəzən bu açıq, gizli və aqressiv mərhələlərdən keçirdi”.O, İranın bundan heç vaxt qazanmadığını düşünür: “Vətən (İkinci Qarabağ) müharibəsi dövründə İran Ermənistana silah göndərdi və heç bir nəticə əldə edə bilmədi. Qafan-Gorus yolu vasitəsilə Azərbaycan sərhədlərini pozaraq Qarabağa yenə silah və terrorçu göndərdi, amma bu yolu da biz bağladıq. Son dəfə Qarabağa göndərdiyi 19 terrorçunun siyahısı da var bizdə. Nəticə etibarilə İran heç nə əldə edə bilməyib. Əksinə, həm beynəlxalq münasibətlər sistemində getdikcə daha çox terroru dəstəkləyən dövlət kimi özünü tanıtdı, həm də öz vətəndaşları olan 30 milyondan çox bizim soydaşlarımızın etibarını itirib”.

“İran… cəsarət edə bilməz”

Babaoğlunun sözlərinə görə, İran bundan o tərəfə addım atmağa cəsarət edə bilməz: “Çünki nəticə etibarilə bir suveren ölkənin hüquqlarına müdaxilə etmiş olacaq ki, Azərbaycan öz müttəfiqləri ilə birlikdə buna adekvat cavab vermək məcburiyyətində qalacaq. Azərbaycan qardaş Türkiyə ilə 2021-ci ildə Şuşa bəyannaməsini imzalayıb, eyni zamanda, Azərbaycanın çoxsaylı dost ölkələri var ki, birlikdə regionda Azərbaycan diktə edən tərəfdir”.

Onun fikrincə, paralel olaraq yumşaq güc vasitəsilə İran Azərbaycanın daxili işlərə qarışmağa çalışır, buna qarşı da hazırda ölkənin hüquq-mühafizə orqanları tədbirlər görür: “Elə bir gün bundan öncə (martın 12-də) Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində Azərbaycan dövlətinə qarşı iş aparmağa cəhd edən bir qrup vətəndaş ifşa edildi. İran daha çox bundan sonra dinin müəyyən radikal qruplaşmaları üzərindən insanların inanclarını istismar edərək Azərbaycana qarşı hücumlar təşkil edə bilər. Amma bu, effektiv olmayacaq, çünki Azərbaycan dindarları da savadlıdır və vətənpərvərdir”.

Ə.OrucluƏ.Oruclu

“”İran casusu” adı altında dindarların kütləvi həbsi…”

Siyasi şərhçi Ərəstun Oruclu da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanla İran arasında belə sərhəd insidentləri olub: “Təkcə hava sərhədində deyil, dəniz sərhədində də olub. Bütün bunlara müxtəlif formalarda o vaxt da ciddi reaksiya olmuşdu. İndi reaksiyanın nota şəklində ifadə olunması Azərbaycan-İran münasibətlərinin hazırkı durumu ilə bağlıdır”.

Onun sözlərinə görə, münasibətlər kifayət qədər gərgindir: “İran tərəfdən müxtəlif təxribatlar həyata keçirilir, Azərbaycan tərəfdən isə “İran casusu” adı altında dindarların kütləvi həbsi həyata keçirilir. Bu, hələlik, diplomatik qarşılıqlı bir sərt jestlərdir. Amma şübhəsiz ki, ikitərəfli münasibətlərin daha da gərginləşməsinə doğru atılan bir addımlardır”.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL