29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Qanunun beynəlxalq konvensiya və Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil etdiyi bildirilir
“Azərbaycanın Milli Məclisinin qəbul etdiyi “Siyasi partiyalar haqqında” Qanuna ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edilib”.
Bu, Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanın “Siyasi partiyalar haqqında” Qanun haqqında birgə rəyində əks olunub.
Məlumatı “Turan” yayıb.
“Siyasi partiyalar haqqında” Qanun 2022-ci ilin dekabrın 16-da Milli Məclisdə III oxunuşdan keçib.
Bu ilin yanvarın 11-də Prezident İlham Əliyev qanunu təsdiqləyib.
Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyində bildirilib ki, sənəddə ən ciddi məhdudlaşıdırıcı məqamlar partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərə qədər artırılması və qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən qeydiyyata alınması zərurətidir:
“Həmçinin siyasi partiyaların yaradılması və qeydiyyatı üçün uzun müddət vaxt götürülməsi, dövlət qeydiyyatı olmadan siyasi partiyanın fəaliyyətinə qadağa qoyulması, partiyadaxili strukturların həddindən artıq tənzimlənməsi, Ədliyyə Nazirliyinin partiya fəaliyyətinə həddindən artıq nəzarəti və siyasi partiya üzvlərinin siyahıları, siyasi partiyanın fəaliyyətini dayandırmaq və ya hətta hüquqi aktların ciddi pozulması ilə əlaqəli olmayan hərəkətlərə görə partiyanı ləğv etmək imkanı partiyaların fəaliyyətinə ciddi maneələr yaradır”.
Rəydə qeyd edilir ki, bu qaydalar həm beynəlxalq insan hüquqları müqavilələri, həm də Azərbaycan Konstitusiyası ilə təmin olunan assosiasiyalar azadlığı hüququnun həyata keçirilməsilə bağlı ciddi narahatlıq doğurur.
Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu xatırladır ki, birləşmə və söz azadlığı hüququ demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır:
“Siyasi partiyalar kollektiv siyasi ifadə vasitələri kimi bu hüquqlardan tam istifadə etmək imkanına malik olmalıdır. Bu, o deməkdir ki, qeydiyyat tələbləri məqbul olmalıdır. Odur ki, siyasi partiyanın daxili fəaliyyətinə geniş dövlət nəzarəti, o cümlədən öz üzvlərinin siyahılarının dövlətə təqdim edilməsi tələbi zərurət prinsiplərilə bir araya sığmayan həddindən artıq bir tədbirdir. Siyasi partiyaların dayandırılması və buraxılması yalnız normativ hüquqi aktların ən ciddi pozulması halında və digər ifrat hallarda tətbiq oluna bilər”.
Rəydə Rəsmi Bakıya təkliflər də sadalanıb.
“Siyasi partiyaların yaradılmasına və qeydiyyatına xidmət edən tədbirlər (o cümlədən dövlət qeydiyyatı üçün tələb olunan ilkin üzv sayına (1000 üzv) qayıtmaqla) təklif olunur. Partiyaların üzərindən yoxlama üçün dövlət orqanlarına öz üzvlərinin siyahılarını təqdim etmək öhdəliyi qaldırılmalıdır. Əgər bu öhdəlik qalarsa, bunu Ədliyyə Nazirliyi yox, müstəqil orqan etməlidir. Ədliyyə Nazirliyi siyasi partiyalardan üzvlərin bütün siyahısını yox, yalnız qeydiyyatdan keçmək üçün lazım olan minimum üzv sayını tələb edə bilər. Üzvlərin siyahısının partiyanın daxili sənədi olduğu və açıqlanmalı olmaması da qanunda dəqiqləşdirilməlidir. Həmçinin parlamentdə alınan yerlərin əvəzinə siyasi partiyanın seçkilərdə aldığı səslərin sayına daha çox üstünlük verərək dövlət maliyyələşməsinin bölüşdürülməsi formuluna yenidən baxılması təklif olunur”.
“Yalnız ianələri müəyyən normaları keçən sponsorların adlarının açıqlanması tövsiyə olunur. Siyasi partiyalara nəzarət mexanizminə yenidən baxılması və bu funksiyaların müstəqil orqana verilməsi də təkliflər sırasındadır”, – deyə məlumatda vurğulanıb.
“Siyasi partiyalar haqqında” yeni qanun 6 fəsildən, 30 maddədən ibarətdir.
Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib.