Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Qubad İbadoğlu: “Siyasət bir sənətdir, amma riyakarlıq sənəti deyil”
Professor Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından istefa verib.
O, bu barədə “Facebook” hesabında məlumat yayıb.
Adil Qeybulla istefasının səbəblərini hərəkatın antidemokratik idarə olunması ilə əlaqələndirib.
Professor yazır ki, bir müddət Vurğun Əyyubun nüfuzu fonunda hərəkatın strukturları qurulub, təşkilat qısa müddət ərzində nüfuz qazanıb, bir neçə müraciətdən sonra Ədliyyə Nazirliyindən də qeydiyyatdan keçib:
“Vurğun bəy partiyada 1-ci müavin vəzifəsini tuturdu. Vurğun bəyin dünyasını dəyişməsindən sonra distansion idarə olunan təşkilat partiyaya çevrilmək qərarını verdi. Demokratiya uğrunda mübarizə apardığını deklarasiya edən şəxs həm icra strukturuna, həm də qanunverici orqana rəhbərlik edir və özü də Bakıda yoxdur”.
“Təşkilatı Zoom proqramı ilə idarə edir, sədrin 1-ci müavini vəzifəsi isə ləğv olunur. Sonradan əldə etdiyim bilgilərə görə, bu format partiya daxilinə sirayət edən bir qrupun “əks halda partiyada separatçılıq meylləri olar, partiya ələ keçirilər” kimi məkrli arqumentlərlə Qubad İbadoğluna təsir etməklə baş tutub”, – deyə Qeybulla əlavə edib.
Professorun fikrincə, bu durum partiya daxilində ikitirəliyin, mövqe savaşının əsasını qoyub:
“Beləliklə, partiyada qeybət mədəniyyətinə, vicdanlı üzvlərə qarşı şantaj, gözdənsalma kampaniyasına start verildi. Rayon təşkilatlarına kriminal ünsürlərin, reputasiyası zədəli şəxslərin yerləşdirilməsi, saxta seçkilər, rayon təşkilatlarının qurulması haqda görüntü yaratmaq, təşkilat üzvləri arasında partiya sədri haqda üfürülmüş nüfuz və sərsəm xülyalarla illüziyalar formalaşdırmaq bir qrup şəxsin fəaliyyət proqramına çevrildi. Antik dövrlərin mumiyalarını xatırladan vücudların bayraq statusunu ala bilməyən ağ parçanın fonunda poz verərək apardığı müdəllidlik kompaniyalarının kompozisiyaları da bunu bir daha sübut edir”.
“Siyasi partiyalar haqqında” məlum qərardan sonra, heç kimlə məsləhətləşmədən qeydiyyatdan keçə bilməmiş bakirə bir təşkilatın mərkəzi strukturlarının müəmmalı şəkildə, avtoritar mahiyyətli və ədalı bir sərəncamla buraxılmasından (dekapitasiya edilməsindən) sonra yenidən həmin buraxılmış strukturlarla birgə təşkil etdiyi onlayn toplantının isə hamınız şahidi oldunuz”, – Qeybulla belə yazıb.
Yanvarın 12-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) mərkəzi icra strukturları buraxılıb.
Partiyanın sədri Qubad İbadoğlu səbəb kimi dövlət başçısı İlham Əliyevin yanvarın 11-də imzaladığı “Siyasi partiyalar haqqında” Qanununu göstərib.
Meydan TV Adil Qeybullanın fikirləri ilə bağlı Qubad İbadoğluna sorğu göndərib.
Hərəkatın sədri deyib ki, ADR Partiyası Azərbaycandakı avtoritar rejimə qarşı olduğundan belə hallar gözləniləndir:
“Odur ki, geniş açıqlamaya ehtiyac görmürəm. Yeganə ricam odur ki, Vurğun bəyin təmiz adını çirkli dillərinə dolamasınlar. Siyasət bir sənətdir, razıyam, ancaq riyakarlıq sənəti deyil, biz fərdlərə yox, rejimə qarşı mübarizə aparırıq və bu mübarizədə yeganə silahımız dürüstlükdür”.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası 21 fevral 2015-ci ildə təsis edilmiş ADR Hərəkatının bazasında formalaşıb.
17 oktyabr 2021-ci ildə keçirilmiş təsis qurultayında partiya elan edilib.
2023-cü ildə ADR Partiyası icra strukturlarını buraxaraq yenidən özünü hərəkat elan edib.
Hərəkatın sədri iqtisad elmləri doktoru Qubad İbadoğludur.