Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Dövlət Departamenti hesabatında Azərbaycandakı vəziyyəti tənqid edib

Tarix:21-03-2023, 19:43 Baxış Sayı:151

Dövlət Departamenti hesabatında Azərbaycandakı vəziyyəti tənqid edib

“Jurnalistlərə zorakılıq edilir, əsassız həbslər var…”

ABŞ Dövlət Departamenti insan haqları üzrə illik hesabat yayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir:

Azərbaycanda qeyri-qanuni, özbaşına qətllər, işgəncələr, digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər, bununla bağlı sui-istifadə halları, habelə, həbsxanalarda ağır şərait hökm sürür”.

Məlumatı “Turan” martın 21-də yayıb.

Dövlət Departamentinin 2022-ci il İnsan Hüquqları Hesabatı əsassız həbslər, siyasi məhbuslar, ölkədən kənarda siyasi motivli repressiyalar, müstəqil məhkəmə sisteminin olmaması, şəxsi həyatın toxunulmazlığına qanunsuz müdaxilə, söz və media azadlığına ciddi məhdudiyyətlər və digər insan hüquqları pozuntularını əks etdirir.

“Hesabatda həmçinin jurnalistlərə qarşı zorakılıq,  jurnalistlərin böhtan və şübhəli ittihamlarla təqib və həbs edilməsi, internet azadlığının məhdudlaşdırılması, o cümlədən vebsaytların bloklanması, dinc toplaşmanın de-fakto qadağası, birləşmək və hərəkət azadlığına əhəmiyyətli müdaxilə də qeyd olunur toxunulur”,-deyə qeyd olunur.

Sənəddə hökumətin sistemli korrupsiyasına və gender zorakılığa görə tədbiri olmamasına da istinad edilir:

Hökumət insan hüquqlarının pozulmasına və korrupsiya əməllərinə yol verdiyi bildirilən əksər məmurları təqib etmir və cəzalandırmır; cəzasızlıq problem olaraq qalır”.

Hesabatda bildirilir ki, il ərzində Ermənistanla Azərbaycan arasında insan ölümləri və həbslərlə nəticələnən zorakılıq hadisələri baş verib:

“2020 və 2022-ci illərdə hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri və ya ayrı-ayrı şəxslər tərəfindən törədilən sui-istifadə halları ilə bağlı hökumətin araşdırmasında irəliləyişlə bağlı heç bir məlumat yoxdur”.

Dövlət Departamentinin brifinqində çıxış edən dövlət katibi Entoni Blinken deyib ki, onlar heç kimlə mübahisə etmir, bəzən açıq danışır, bəzən də bunu özəl edirlər:

Hər bir halda biz insan hüquqlarının təbliğində və insan ləyaqətinin yüksəldilməsində dəstək olmağa çalışırıq”.

Dövlət katibinin demokratiya, insan haqları və əmək üzrə köməkçisi vəzifəsini icra edən Erin Barklay “Turan” müxbirinin Bəxtiyar Hacıyev, Əli Əliyev, Gürcüstanda eks-prezident Saakaşvili və bir çox başqaları kimi siyasi məhbusları azad etmək üçün alətə malik olub-olmadığı haqda suala belə cavab verib:

“Biz mütəmadi olaraq siyasi məhbuslarla bağlı  məsələləri qaldırırıq və bunu gələcəkdə də edəcəyik”.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL