Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

İlham Əliyev sülh gündəliyinə sadiq olduğunu dedi, Ermənistanı günahlandırdı

Tarix:21-03-2023, 22:04 Baxış Sayı:151

İlham Əliyev sülh gündəliyinə sadiq olduğunu dedi, Ermənistanı günahlandırdı

Blinken Azərbaycan və Ermənistan rəhbərləri ilə telefonla müzakirə aparıb

Martın 21-də ABŞ-nın dövlət katibi Antoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyev telefonla danışıb.

Tərəflərin Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyəti müzakirə etdiyi bildirilir.

“President.az”ın yaydığı məlumatda qeyd olunub ki, İlham Əliyev ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə ərazidən 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidinin təmin olunduğunu söyləyib:

“Buna görə də yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır”.

“Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda İlham Əliyev Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb”,-deyə məlumatda açıqlanıb.

Həmçinin Prezident Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü bildirib.

“Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü – martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib”, – məlumatda vurğulanır.

Bundan əlavə İlham Əliyev Azərbaycanın sülh gündəliyinə tam sadiq olduğunu deyib:

“Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Yerevana təqdim edib. Azərbaycan Münxen görüşünün davamı olaraq Qarabağdan olan erməni sakinlərlə təmaslara hazırıq. Bu xüsusda Azərbaycan Prezident Administrasiyası reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət etmişik”.

Dövlət başçısı ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirdiyini əlavə edib.

Dövlət katibi Antoni Blinken isə ABŞ-nın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin  telefon danışğı ilə bağlı yaydığı məlumatda belə deyilir.

Dövlət katibi Antoni Blinkenin martın 20-də Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefon danışığı olub.

Dövlət katibi Antoni J. Blinken martın 20-də Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıb və Azərbaycanla ikitərəfli sülh müzakirələrinin aparılmasında ABŞ-ın davamlı yardımını təklif edib. Dövlət katibi Blinken Ermənistanın sülhə davamlı sadiqliyinə görə Baş nazir Paşinyana təşəkkür edib və problemlərin həllində irəliyə doğru konkret addımlar atmağa təşviq edib. O, ABŞ-ın Cənubi Qafqazda davamlı sülhü dəstəkləmək üçün birbaşa danışıqlara və diplomatiyaya dəstəyini təkrarladı və hərbi həllin olmadığını vurğuladı”, – məlumatda qeyd edilir.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL