29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Yevlax sakini Vasif Ağayev Tərtər hadisələri zamanı işgəncə nəticəsində sağlamlığını itirib, əlil olub. Onun həm hərəkətində, həm də nitqində problemlər yaranıb.
“Sağlamlığımı itirdim, ailəm dağıldı. Canlı-cüssəli bir oğlan idim. Məni o qədər toka veriblər, o qədər zülm çəkmişəm, bir Allah bilir. Bütün həyatımı darmadağın elədilər. İndi elə vəziyyətə düşmüşəm, özüm-özümə nifrət edirəm. Mənə pensiya kəsiblər, onu da bir ay 400 manat verirlər, bir ay 200 manat…”, – Vasif Ağayev məhkəmədə ifadə verərkən danışıb.
30-yaşlı Ağayev 2017-ci ilin may-iyun aylarında Tərtər hadisələri zamanı hərbçilərə işgəncə verməkdə suçlanan dörd nəfərin işi üzrə 192 zərərçəkmişdən biridir. Söhbət Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı Ramil Qarayev və müddətdən artıq xidmət etmiş əsgər Rüstəm Ələsgərovdan gedir. Adları çəkilən dörd nəfər Tərtər işgəncələrində ittiham olunanların bir hissəsidir. Hələ ki, bunların mühakiməsi başlayıb. Onların işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır.
Hazırda bu məhkəmə prosesində zərərçəkənlərin dindirilməsi mərhələsidir. Martın 28-də dindirilən Vasif Ağayev deyir ki, 2017-ci ilin mayında postda xidmətdən düşürüb “Kamaz”la işgəncə verilən binaya gətiriblər.
“Başımıza torba keçirdilər, dizi üstə oturtdular. Nalayiq söyüşlər söyürdülər. Atamın goruna and içdim ki, mən erməniyə, rusa işləmirəm. Vüsal Ələsgərov atamın goruna da söydü. O binanı “ay ana…” naləsi, ulaşma səsi bürümüşdü. Yaş corab geyindirib tok verirdilər. Mənə o qədər işgəncə vermişdilər, özümdən getmişdim”, – Ağayev ifadəsində danışıb.
Onun sözlərinə görə, vəziyyəti ağırlaşdığından Bakıya – Mərkəzi Hərbi Hospitala köçürülüb, lakin işgəncələr dayanmayıb. Deyir ki, orada onları çarpayıya bağlamışdılar, hətta tibb bacıları da pis rəftar edirdilər: “Əllərimiz bağlı, qaşığı ağzımıza soxurdular, az qalırdılar, xirtdəyimizi çıxaralar ki, “vətən xainisiniz”.
Ağayev təqsirləndirilən şəxslərdən polkovnik Ələsgərovdan şikayətçi olduğunu vurğulayıb. Hesab edir ki, sağlamlığını itirməsinin səbəbkarı odur.
Digər zərərçəkmişlər İsabala Məmmədov, Bəhmən Məcidov da təqsirləndirilən şəxslərdən yalnız polkovnik Ələsgərovdan şikayətçi olub.
“Mən özümü zabit kimi hiss eləyə bilmirəm, çünki hüquqlarım bərpa olunmayıb. Ailəmin üzünə baxa bilmirəm. Bu, mənim ailəmi niyə söyməlidir? Mən niyə döyülməliyəm? Bizim zabit şərəfimiz alçaldılıb”, – zərərçəkmiş Məcidovun sözləridir.
O, bədənində olan bıçaq, elektrik cərəyanının izlərini də məhkəmədə nümayiş etdirib. Məcidov deyir ki, ondan tabor komandiri Pərviz Pirməmmədovun üzünə durmaq tələb olunurdu.
Təxminən iki ay işgəncə altında saxlandığını deyən zərərçəkmişin sözlərinə görə, uzun müddət əlləri, gözləri bağlı vəziyyətdə saxlanılıb. O deyir ki, hətta yemək veriləndə də təhqir olunurdular: “Əllərimiz bağlı, it kimi yemək yemişik. Biz keçə-keçə, onların da əllərində çömçə bizə yemək veriblər. Onda da biri başımıza qapaz vururdu, biri kürəyimizə vururdu. Su yerinə bizə sidik gətirib verirdilər. Məni yerdə uzadırdılar, Vüsal Ələsgərov başımın üstünə ayağını qoyurdu, üstümdən keçirdi…”.
Zərərçəkənlər arasında polkovnik Pərviz Pirməmmədov da var. O, Tərtər hadisələri dövründə tabor komandiri olub. Pirməmmədovun dediyinə görə, bu hadisələrdən öncə polkovnik Ələsgərovla münasibətləri yaxşı deyildi. O, məhkəmədə 2017-ci ildə başına gələnləri – məruz qaldığı işgəncələri yadına salıb yenidən danışmaq istəməyib. Qısaca onu deyib ki, ona bir müddət Tərtərdə işgəncə verəndən sonra Bakıya – Mərkəzi Hərbi Hospitala gətiriblər. Onun sözlərinə görə, bir həftə ayaq üstə saxlanılıb.
İstintaqa ifadəsində isə o, polkovnik Vüsal Ələsgərovun qara maskalılarla birlikdə onu döyməsi, təhqir etməsindən bəhs edir. Pirməmmədov deyir ki, onu düşmənlə əməkdaşlıqda ittiham edirdilər.
“İşgəncə verib Polad Həşimov barədə bildiklərimi söyləməyi tələb edirdilər…”, – bu da Pirməmmədovun ifadəsində yer alıb.
General Polad Həşimov 2020-ci il iyulun 12-də Tovuz istiqamətində döyüşlərdə həlak olub.
Zərərçəkənlər ifadələrində həmin dövrdə I korpusun komandiri olmuş general-mayor Hikmət Həsənovun da adını çəkiblər. Onlar bildirib ki, Həsənov işgəncələrdə birbaşa iştirak edib, onun göstərişi ilə bir çox addımlar atılıb.
Həsənovun barəsindəki ittihamlara münasibəti bəlli deyil.
Zərərçəkənlərin ifadələrində səsləndirdikləri fikirlərə təqsirləndirilən şəxslərin heç biri, o cümlədən polkovnik Ələsgərov heç bir reaksiya verməyib. O, zərərçəkmişlərin dediklərini nə təsdiq, nə də təkzib edib.
Ələsgərov məhkəmədə ifadə verməkdən, zərərçəkənlərin suallarını cavablandırmaqdan imtina edib. Yalnız onu deyib ki, Müdafiə naziri, onun müavini, Baş Qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun verdiyi əmrləri icra edib. Ona görə də özünü qətiyyən təqsirli bilmir.
Ümumiyyətlə, bu cinayət işi üzrə məhkəmə qarşısına çıxarılan dörd nəfərin heç biri özünü təqsirli bilmir.
Azadlıq radiosu