Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Azərbaycanın Israildə səfirlik açması gecikmiş, ancaq zəruri qərardır. Bu addım İsrail-Azərbaycan dostluğunun və əməkdaşlığının inkişafına töhfə verəcək və Azərbaycanın hərbi-müdafiə qabiliyyətinin artması üçün əlavə fürsətlər yaradacaq.
Bununla yanaşı xarici işlər nazirimiz Ceyhun Bayramovun israilli həmkarının Iranla bağlı səsləndirdiyi sərt ifadələrə qarşılıq verməyərək “Azərbaycan-İsrail münasibətləri üçüncü ölkələrə qarşı yönəlməyib” fikrini səsləndirməsini təqdir edirəm. Bizə Iranla münasibətləri gərginləşdirmək deyil, yaranmış gərginliyi səngitmək lazımdır. İran rejiminin problemini İran xalqı, ABŞ və Israil birlikdə həll edəcək, bu Azərbaycanın müdaxilə edəcəyi məsələ deyil.
Israildə səfirliklə yanaşı Fələstində Azərbaycan Respublikası nümayəndəliyinin açılması da ölkəmizin ərəb və müsəlman dünyası üçün həssas mövzu olan İsrail-Fələstin qarşıdurmasında tərəfsiz və xoşgörülü mövqeyini sübut edir.
Biz mürəkkəb coğrafiyada yaşayırıq. Hazırda faktiki dünya müharibəsinin tərəfi olan iki imperiya ilə qüzeydən və güneydən qonşuyuq. Bu imperiyaların hər ikisinin ölkəmizlə bağlı militarist və aqressiv maraqları əsrlər boyu olub, bu gün də mövcuddur. Onlardan özümüzü qorumağın yeganə yolu daxildən və xaricdən güclənməkdir.
Qərb demokratiyası ilə münasibətləri gərginləşdirmək, ölkə daxilində öz vətəndaşlarına savaş açmaq Azərbaycanın mövqelərini gücləndirməyə yox, zəiflətməyə, onu geosiyasi risklərə qarşı kövrək və zəif düşürməyə xidmət edir.
Azərbaycan rəhbərliyi Tehranda səfirliyimizə qarşı törədilən terror hadisəsindən sonra bunları nəzərə almayıbsa, heç olmasa indi bu haqda düşünməlidir.
Azadlıq.info