29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Bu hakimiyyət 30 il ərzində ölkəmizin güc strukturlarına, Müdafiə Nazirliyinə, hətta Dövlət Təhlükəsizlik Xidmətinədək nüfuz etmiş xarici kəşfiyyat şəbəkələrinə göz yumdu, ölüm təhlükəsi ilə üz-üzə qaldığı üçün öz Vətəninin qüzeyinə imdad deyib pənah gətirən güneyli fəalları İran rejiminə təhvil verdi, İranın maliyyələşdirdiyi çevrələrə Azərbaycanda geniş təbliğat imkanları tanıdı, 30 milyon soydaşımızı görməzdən gələrək Güneydə dərnək səviyyəsində ən kiçik vətəndaş fəallığına belə dəstək vermədi, amma gecə-gündüz müxalifəti, ictimai fəalları təqib etdi. Kiminin yatağını, kiminin diplomatlarla söhbətlərini güddü, işdən çıxardı, həbs etdi, işgəncəyə məruz qoydu, ailəsini dağıtdı, həyatını puç etdi.
Şanlı hökumətimiz milli-demokratik qüvvələrə nəfəs aldırtmayanda İran ölkənin içində rahatca şəbəkələşirdi. Hətta həmin qüvvələrin bizə olan qeyri-dost münasibəti rejimin ürəyinə yağ kimi yayılırdı da.
Üstəlik Qarabağ, Zəngəzur mövzularında o qədər manipulyasiya etdilər, 3 min kasıb balasının qanı ilə qazanılan qələbəni həmin şəhidlərin doğmaları da daxil millətə elə minnətlə təqdim etdilər ki, sanki şəhidlərimizin tən yarısı millət vəkillərinin və nazirlərin övladları imiş.
3 min şəhidin və Türkiyənin hesabına əldə edilən qələbənin rəsmiləşdirildiyi masaya Türkiyəni yaxın buraxmadılar. Qarabağ bizimdir dedik, ancaq məlum oldu ki, yuxarı Qarabağ ermənilərlə rusların, aşağı Qarabağ Paşa Holdinqindir…
Beləcə, insanları vətənpərvər, millətçi olmaqdan diksindirdilər.
Iranda səfirliyimizə qarşı terror hücumu oldu, saatlarla böyükelçiliyimizin binası, eyni binada yaşayan ailələr, uşaqlar güllə-baran edildi, şəhid verdik, video kameralar hadisəni saniyəbəsaniyə təqdim etdi, ancaq bir çox insanımız tərəddüd etdi, hadisədə hakimiyyətin barmağını axtarmağa çalışdı.
Fazil Mustafaya qarşı odlu silahdan istifadə etməklə sui-qəsd olub, adam saxta da olsa, seçilməmiş də olsa rəsmən millət vəkilidir, Azərbaycan qanunvericilik hakimiyyəti təmsilçisidir və hər şeydən öncə, insandır, atadır, oğuldur. Ancaq ona qarşı törədilən terrora belə sevinənlər oldu. Hadisəyə görə üzüldüyümüz üçün bizi qınayanlar oldu.
Ən absurd versiyaları belə dilə gətirənlər var. İran variantını dilə gətirənləri linç edənlər var. Çünki bu hakimiyyət illər uzunu özünə və saxta parlamentinə qarşı insanlarda elə bir nifrət, kin, qəzəb köpükləyib ki, bir çoxları bu nifrət və qəzəbin təsirindən ölkəmizin hansı təhlükələrlə üz-üzə qaldığını görə bilmir.
…Bu acınacaqlı durum Azərbaycan hakimiyyətinin əsəridir. Bu mənzərəni onlar yaradıblar. İllər uzunu günahsız insanları əzməklə, haqqı deyənləri məhv etməklə, insanların insan kimi yaşamaq haqqını əlindən almaqla, milyonları bir tikə çörək dərdində Vətənindən didərgin salmaqla, taleləri puç etməklə, bu xalqa Tərtər, Nardaran, Bakı faciələrini yaşatmaqla, bu xalqı səfalət və yoxsulluq girdabına tərk etməklə… elə münasibət formalaşdırıblar ki, indi haqlı olduqları zaman da heç kim onlara inanmaq istəmir. Halbuki, İran Azərbaycanı açıq şəkildə təhdid edir, əzələ nümayiş etdirir.
Biz deyirdik elə zaman gələcək ki, etdiyiniz zülmlərdən ahı ərşə dirənən millətin əlindən sizi biz də qurtara bilməyəcəyik.
Həmin zamanın əlamətləri görünməyə başlayıb…
Bu sətirləri ürək ağrısı ilə yazıram.
Azadliq.info