Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, milllət vəkili Vahid Əhmədov 2017- ci ildə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını verib.
Millət vəkili “Qafqazinfo” ya açıqlamasında bildirib ki, bu il neftin qiymətində müəyyən sıçrayışlar ola bilər: “Yəni qiymət qalxmaları və enmələri gözlənilir. Manatın müəyyən qədər dəyərdən düşməsi yenə də davam edəcək. Çünki manat valyuta bazarında öz dəyərini almalıdır. Düzdür, “Strateji Yol Xəritəsi” təsdiqlənib. Xəritədə göstərilənləri həyata keçirmək üçün operativ qərarlar verən, qərarı həyata keçirə bilən hökumət formalaşarsa, mənə elə gəlir ki, bu il müəyyən qədər problemlərin qarşısını ala bilərik. Çünki hazırda Strateji Yol Xəritəsində nəzərdə tutulan çox böyük layihələri həyata keçirmək üçün normal bir hökumətə ehtiyac var”.
Millət vəkili qeyd edib ki, 2017- ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müəyyən artımların olacağını hesab edir: “İlin birinci yarısında manat müəyyən qədər dəyərdən düşəcək. Lakin ikinci yarımillikdən müəyyən stabillik gözləmək mümkün olacaq.
“Strateji Yol Xəritəsi”ndə göstərilən məsələləri həyata keçirmək üçün maliyyə problemi var. Bunun üçün 27 milyard vəsait lazımdır. Bu vəsait hardan əldən olunacaq? Əksər hissəsi ola bilsin ki, xarici investisiyalar hesabına həyatına keçirilsin. Çünki daxildəki investisiyalar kifayət qədər olmayacaq. Azərbaycanda bu gün həm institusional, həm struktur, həm də kadr islahatlarına çox böyük ehtiyac var”.
Onun sözlərinə görə, ilin axırında Milli Məclisdə bəzi qanunlara qalmaqallı dəyişikliklər edilib: “Yeni qanunların da qəbul edilməsi gözlənilir. İnhisarçılığın qarşısını almaq üçün “Rəqabət Məcəlləsi haqqında” qanunun qəbul edilməsini gözləyirik. Çox istərdik ki, maliyyə ilə əlaqədar müəyyən qanunlar qəbul edilsin. Büdcəyə nəzarət mexanizmini daha da formalaşdırmaq üçün “Maliyyə nəzarəti haqqında” qanun layihəsi qəbul olunmalıdır. İstəyirik ki, 2017-ci ildə müəyyən qədər iqtisadiyyatı stabilləşdirək”.