Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Əsgərimizin cəsədi, Kaspirşikin susqunluğu...

Tarix:11-01-2017, 09:45 Baxış Sayı:260

Əsgərimizin cəsədi, Kaspirşikin susqunluğu...

QAT və Qazilər Birliyinin sədri əsgərimizin meyitinin qaytarılmamasında ATƏT-i ittiham etdi

 

Dekabrın 29-dan meyiti erməni tərəfdə olan Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu ilə bağlı nəhayət, ATƏT-in Minsk Qrupunun həmsədrləri dilə gəldilər. Rusiya, Fransa və Amerikanın həmsədrləri şəhid əsgərimizin meyitinin öz ölkəsinə qaytarılmasını düşmən ölkədən tələb ediblər. 

 
İqor Popov, Stefan Viskonti və Riçard Hoqlandın birgə bəyanatında deyilir: “Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırır. Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq. Atəşkəsin pozulması qəbuledilməzdir və tərəflərin gücdən istifadə etməmək barədə tam məsuliyyət daşıdıqları öhdəliklərə ziddir. Həmsədrlər Ermənistan və Azərbaycanı Vyana və Sanki-Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırır”.
Hadisənin üstündən keçən yarım aya yaxın müddət ərzində susqunluq nümayiş etdirən həmsədrlər növbəti dəfə ölkə ictimaiyyətinin qınaq obyektinə tuş gəliblər. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətsiz qurum olması ilə bağlı fikirlər getdikcə daha çox səslənməyə başlayıb. Təsadüfi deyil ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspirşik hələ də şəhid əsgərimizin  meyitinin düşmən tərəfdə qalmasına bir mövqe belə bildirməyib. Bu da haqlı olaraq Minsk  Qrupuna olan tənqidləri artırır.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ATƏT-in Minski Qrupunun həmsədrlərinin mövqeyinin onların ermənipərəst olduqlarının bir daha bariz sübutu olduğunu söylədi: “Bildiyiniz kimi, iki ildən artıqdır ki, Azərbaycanın iki əsiri Ermənistan zindanındadır, onlar orada zülm çəkirlər. Amma bu günə qədər həmsədrlərdən heç biri bir dəfə olsun mövqe bildirməyib. Beynəlxalq təşkilatlar ermənilərin bütün əməllərini dəstəkləyirlər. Çalışırlar ki, ermənilərin xətrinə dəyməsinlər, onlar hansı mövqedə dururlarsa, o mövqedə dursunlar. Mümkün qədər vaxtı uzatmaqla torpaqlarımızın işğal altından qalmasına, müəyyən vaxtdan sonra Azərbaycanın bununla barışmasına çalışırlar. Minsk Qrupu həmsədrlərinin götürdükləri xətt bundan ibarətdir. Son hadisə ilə bağlı tutduqları mövqe bunu bir daha təsdiq etdi”.
Image result for Akif Nağı
QAT sədri Anji Kaspirşikin susmasına sərt reaksiya verdi: “Ən açıq ermənipərəst mövqedə odur. 1997-ci ildən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsidir. Bu o qədər əvəzolunmaz şəxsdir ki, 20 ildir bu vəzifədə qalır? Demək, o, ATƏT və digər beynəlxalq qurumların sifarişlərini uğurla yerinə yetirir. O, münaqişədə tərəfdir, ermənilərin yanındadır. Hətta bir müddət əvvəl rəsmi şəkildə müraciət etdik ki, nə üçün Anji Kaspirşik tez-tez Dağlıq Qarabağa səfər edir, qondarma rejimin rəhbərləri ilə görüşür. Hər dəfə də erməni və Avropa mətbuatı yazır ki, Anji Kaspirşik ”Dağlıq Qarabağ Respublikası"nın prezidenti ilə görüşdü. O, bu şəkildə qondarma rejimi təbliğ edir. Bu baxımdan, onun susqunluğu tam başa düşüləndir. Azərbaycan tərəfi konkret şərt qoymalıdır. Beynəlxalq mövqelərini açıqlamalıdırlar. Əks halda, Azərbaycan danışıqlardan imtina etməlidir".
Image result for Etimad Əsədov
 
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov bunları dedi: “Müharibə başlayandan bu günə qədər biz  erməni cəsədlərini adət-ənənəmizlə düşmən tərəfə təhvil vermişik. Nə edək, bu erməni xislətidir. Təəssüflər olsun ki, bütün xristian dünyası ermənilərin arxasında durub. Haqlı biz olduğumuz halda onlar daim erməniləri haqlı sayıblar. Münaqişənin sülh yolu ilə həllini bizə diktə edirlər. ATƏT uzun müddətdir Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fəaliyyət göstərməsinə baxmayaraq, heç bir iş görməyib. Birinci dəfə deyil, həmişə ATƏT ermənilər tərəfdən çıxış edib, onların xeyrinə iş görüblər. Bu baxımdan, həmsədrlər açıqlama verməsələr belə olardı. Birmənalı şəkildə bilməliyik ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. Bizim haqlı olduğumuzu heç zaman dilə gətirməyəcəklər. Biz ATƏT-in Minsk Qrupunun mənasız qurum olduğunu, buraxılmalı olduğunu dəfələrlə demişik. Dövlət rəsmiləri də bu barədə fikirlərini deyirlər. Azərbaycan ATƏT-dən əlini üzməlidir. Gözdən pərdə asmaq üçün siyasət yürüdürlər. Bu, sırf xristian təəssübkeşliyindən irəli gəlir”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL