Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Trampın inauqurasiyasına kimin gedəcəyi məlum oldu

Tarix:11-01-2017, 09:34 Baxış Sayı:237

Trampın inauqurasiyasına kimin gedəcəyi məlum oldu

Azərbaycanı səfir Elin Süleymanov təmsil edəcək; ABŞ-ın Bakıdakı səfiri isə geri çağırılıb-çağırılmayacağı barədə danışdı

 

Donald Trampın prezident kimi fəaliyyətə başlayandan dərhal sonra ABŞ-ın əksər ölkələrdəki səfirlərini dəyişəcəyi barədə bir neçə gün öncə “New-York Times” qəzeti diplomatlara istinadən xəbər yayıb. 

 
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın da geri çağırılacağı barədə xəbərlər yayılmışdı. Hətta bildirilirdi ki, Yeni il bayramını vətənində keçirmək üçün ABŞ-a gedən cənab Sekutanın artıq Bakıya səfir kimi qayıtmaması da istisna deyil. 
 
Lakin səfirliyin əməkdaşı Mehdi Hüseynquliyev bildirib ki, səfir Robert Sekuta artıq Bakıya qayıdıb və işinin başındadır. Səfir R.Sekuta isə APA-ya açıqlamasında səfir vəzifəsindən geri çağırılb-çağırılmayacağı barədə suala birmənalı “Geri çağırılmayacağam” kimi cavab verməyib. Sekuta sadəcə deyib ki, cənab Tramp onu burada saxlasa, qalacaq: “Mən prezidentin təyinatı ilə bu vəzifədə çalışıram. Biz ilk növbədə ABŞ prezidentinin nümayəndəsiyik. Cənab Tramp məni burada saxlasa, mən qalacağam”. 
Trampın isə inauqurasiya mərasiminə sayılı günlər qalıb. Yanvarın 20-də D.Tramp and içəcək və yanvarın 21-dən ABŞ prezidenti vəzifəsini həyata keçirməyə başlayacaq. İnauqurasiya komitəsinin yaydığı məlumata görə, mərasimin rəsmi hissəsi yanvarın 19-da səhər saatlarında başlayacaq. Yanvarın 20-də prezident və vitse-prezident Konqresdə and içəcək və ardınca Ağ Evə qədər davam edəcək inauqurasiya paradında iştirak edəcəklər.
Yanvarın 21-də duaların oxunduğu mərasimlə səhər yeməyi veriləcək. Mərasimə müxtəlif dinlərin bir neçə min nəfərdən ibarət təmsilçisi, həmçinin ABŞ siyasəti və işgüzar elitasının nümayəndələri qatılacaq.
Mərasimə son dərəcə ciddi təhlükəsizlik hazırlıqları da aparıldığı bildirilir. ABŞ-ın xüsusi xidməti və paytaxt polisi hesab edir ki, yeni seçilən prezident Donald Trampın yanvarın 20-də keçiriləcək inauqurasiyası zamanı Vaşinqtonda dünyanın ən çətin əməliyyatlarından biri qeydə alına bilər. “The New York Times”in yazdığına görə, hazırda Tramp tərəfdarları ilə seçkinin nəticələrindən narazı qalanlar arasında mümkün qarşıdurmaların qarşısının alınması üçün ciddi hazırlıq gedir. 
İnauqurasiyaya Trampın bir milyona yaxın tərəfdarının gələcəyi gözlənilir. 
İnauqurasiya mərasimində iştirak üçün Bakıya heç kimə dəvət gəlmədiyi barədə diplomatik mənbələrdən məlumat daxil olub. Xəbərdə bildirilir ki, Azərbaycan adına dəvət ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova olub. 
ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Mehdi Hüseynquliyev bildirib ki, Bakıya dəvət gəldiyi barədə məlumata malik deyil. 
Azərbaycanın Xarici İşlər Nazirliyi və digər müvafiq rəsmi dövlət orqanları da ABŞ prezidentinin inauqurasiya mərasiminə Bakıya dəvət gəldiyi barədə rəsmi açıqlama yaymayıb.  
Xatırladaq ki, 2013-cü ilin yanvarında Barak Obamanın inauqurasiya mərasimində də ölkəmizi Azərbaycanın ABŞ-dakı səfiri təmsil etmişdi. Belə görünür ki, ABŞ bu dəfə də səfirlə kifayətlənəcək. Bununla belə, ekspertlər bildirir ki, Bakıya xüsusi dəvətin olmaması Azərbaycan iqtidarı ilə Tramp hakimiyyəti arasında problemlərin olacağını söyləmək üçün əsas sayıla bilməz. Azərbaycan hakimiyyətinə əvvəlki dönəmlərdə də respublikaçılarla işləmək demokratlarla işləməkdən daha rahat olub. Yeni seçilmiş prezident Trampla da işləmək ən azından Obama administrasiyası ilə işləməkdən daha asan olacaq. 
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL