Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

“Sonuncu müşavirə bir daha göstərdi ki, islahatların yolunda başlıca maneə İlham Əliyevin özüdür”

Tarix:12-01-2017, 16:01 Baxış Sayı:208

“Sonuncu müşavirə bir daha göstərdi ki, islahatların yolunda başlıca maneə İlham Əliyevin özüdür”

Milli Şuranın sədri Cəmil Həsənli 2016-cı hökumətin iki gün qabaq keçirilən iclası barədə yazıb və ölkə başçısı İlham Əliyevin orada yerli iqtisadçıları aşağılayan fikirlər səsləndirməsinə münasibət bildirib. C.Həsənlinin feysbuk səhifəsində yazdığını təqdim edirik:

2016-ci ilin sosial-iqtisadi yekunları ilə bağlı Nazirlər Kabinetin iclası ölkənin içində olduğu böhranın hansı fəlakətli həddə gəlib çatdığını nümayiş etdirdi.

Ən böyük dərd odur ki, bu ölkəni idarə edənlər real həqiqətləri görüb ölkəni düşdüyü vəziyyətdən çıxarmaq istəmirlər. Bu məmləkətdə yeridilən səhv siyasətin nəticəsi olaraq ölkədə işləyənlərin yarıya qədərinin, pensiyaçıların isə yarıdan çoxunun günlük gəliri 2016-cı ildə 2-3 dollar səviyyəsinə enib. Bunlar isə əmək haqqının 7 faiz, pensiyaların 8 faiz artmasını böyük qələbə kimi qeyd edib böyük uğura imza atdıqların bəyan edirlər.

Yaxşı, deyək ki, belədir: bu artımdan sonra hökumətin rəsmi qurumları bildirir ki, ölkədə pensiyaların orta aylıq məbləği 189 manatdır. Bu 189 manatı biçarə pensiyaçının 30 gününə bölsək, onun hər gününə 3 dollar 50 sent pul düşür. İndi korrupsiya və yolsuzluğa mübtəla olmuş bir neçə Afrika ölkələrini kənara qoysaq, hansı normal ölkədə vətəndaşın günlük gəliri 2-3 dollar arasındadır?

Təkcə bu fakt ölkənin hansı uçuruma gətirilib çıxardılmasının aydın bir göstəricisidir. Mövcud acınacaqlı duruma toxunan bəziləri belə bir fikir səsləndirirlər ki, cənab İlham Əliyev bu komanda ilə islahat apara bilməz. Lakin sonuncu müşavirə bir daha göstərdi ki, islahatların yolunda başlıca maneə komanda deyil, İlham Əliyevin özüdür.

2016-cı ildə ölkənin aparıcı iki nazirliyində baş verən rüsvayçılıqlar aşkar oldu. Məlum oldu ki, eyni hökumətin içində olan bir nazirlik o biri nazirliyin rəhbər işçilərinə aylıq verir. Məlum oldu ki, Rabitə nazirliyində 10 il boyunca satınalmaların və xidmətlərin qiyməti 35 faiz artırılıb və nəticədə qara kassaya yığılan korrupsiya pullarından, büdcə oğurluğundan aidiyyəti olan hər kəsə pay düşüb. Axı, Əli Abbasov bunu özbaşına etməyib.

Eyni satınalmaları, eyni xidmətləri götürsək ölkənin digər nazirlik, idarə və komitələrində də eyni vəziyyətdir, hətta rabitəçilərdən də pis vəziyyətdə olanlar var. Deməli bu şişirtmələr büdcə vəsaitlərini oğurlamaq, ölkəni talayıb hazırkı acınacaqlı duruma salmaq üçün razılaşdırılmış bir şəbəkə olub və hazırda da olmaqda davam edir. Necə olur ki, nazir 10 il ərzində hər ay 300 min manat paket alır, bunun iki mislini də ayrı bir nazirə göndərir ancaq prezidentin bundan xəbəri olmur?

Bax, ölkənin ağrıyan yerini ifadə edən iqtisadçıları təhqir etmək əvəzinə bunlara cavab vermək lazım idi müşavirədə. Əslində, son illərdə ölkəmizdə son dərəcə istedadlı, səriştəli, doğru, dürüst, dünyada gedən sosial-iqtisadi proseslərdən baş çıxaran Qubad İbadoğlu, Vahid Məhərrəmli, Nemət Əliyev, Azər Mehdiyev, Natiq Cəfərli, Rövşən Ağayev, Samir Əliyev, Məhəmməd Talıblı, Zöhrab İsmayıl və digərlərindən ibarət böyük elmi və praktiki potensiala malik olan iqtisadçılar nəsli yetişib.

Ötən illər ərzində hökumət onların səmərəli təkliflərin, obyektiv təhlillərin, dərin analizlərin, həyəcanlı proqnozların nəzərə alsaydı, ölkə gəlib indiki təhlükəli uçurumun astanasında dayanmaz, böhranın dağıdıcı təhdidi ilə üzləşməzdi.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL