Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Milli Şura videobloger Mehman Hüseynovun qanundankənar cəzalandırılması ilə bağlı bəyanat verib. Bəyanatında deyilir:
Yanvarın 9-u axşam saatlarında ölkәnin tanınmış videoblogeri Mehman Hüseynov faktiki oğurlanıb vә bu hadisә dәrhal ictimailәşsә dә, onun taleyinә hakimiyyәt orqanları tamamilә etinasız münasibәt bәslәyib. Yalnız yanvarın 10-u günortaya doğru vәkili onun Nәsimi polisi tәrәfindәn saxlandığı vә mәhkәmәyә aparılmaq üzrә olduğu haqda mәlumat alıb. Nәsimi rayon mәhkәmәsi isә M. Hüseynovu İnzibati Xәtalar Mәcәllәsinin 535.1 maddәsi (polisin tәlәbinә tabe olmamaq) ilә tәqsirli bilәrәk 200 manat cәrimәlәyib.
Mәhkәmәdәn sonra M.Hüseynovun verdiyi açıqlamadan aydın olub ki, onu oğurlayaraq işgәncә vә təhqirә mәruz qoyublar. Ağzını bağlayıb, başına torba keçirәrәk 3 saat bu vәziyyәtdә saxlayıb, döyüb, bәdәninә elektroşok verib, tәhqir edәrәk alçaldıblar. Polis idarәsindә dә iradәsinә zidd olaraq hansısa sәnәdә qol çәkdirib, nә olduğu bilinmәyәn 2 iynә vurublar.
Milli Şura gәnc blogerin mәruz qaldığı bu anti-insani rәftarı qәtiyyәtlә pislәyir vә bu işin arxasında yüksәk sәviyyәdә siyasi hakimiyyәtin dayandığına şübhә etmәdiyini bildirir. M.Hüseynov son vaxtlar mәmur-oliqarxların qanunsuz gәlirlәrlә әldә etdiklәri sәrvәtlәri, mal-mülklәri ifşa edәn silsilә çәkilişlәr yaymaqdaydı. Bu ifşalar ölkәnin siyasi rәhbәrliyinin, mәmur vә deputat korpusunun necә korrupsiyaya bulaşdığı haqda ictimai tәsәvvürlәri möhkәmlәndirir. Milli Şura hesab edir ki, mәhz bu ifşalara görә M.Hüseynovdan qisas almaq göstәrişi verilib vә onun başına elә müsibәt gәtirilib. Milli Şura bәyan edir ki, konkret sifarişçinin kimliyindәn asılı olmayaraq, M.Hüseynovun başına gәtirilәnlәrә görә bilavasitә ölkә başçısı İlham Әliyev mәsuliyyәt daşıyır. Mәhz onun yaratdığı cәzasızlıq vә kriminal qaydaların dövlәt idarәçiliyinә sirayәt etmәsi şәraitinin nәticәsindә ölkә vәtәndaşları, hәtta media nümayәndәlәri dә bu cür inzinati vandallıqla üzlәşir. Әgәr hakimiyyәt konkret olaraq M.Hüseynovla bağlı baş verәnlәrә aidiyyatının olmadığını isbatlamaq istәyirsә, onda İlham Әliyev sәviyyәsindә mәsәlәyә münasibәt bildirilmәli, o cinayәtә yol verәnlәr әn qısa zamanda tapılıb cәzalandırılmalıdır. Hәrçәnd, indiyә qәdәr ortada olan nümunәlәr bu istiqamәtdә nikbinliyә әsas vermir.
Milli Şura bu hadisәni ölkәdә söz azadlığına, azad mediaya, hәqiqi vәtәndaş cәmiyyәtinә qarşı hakimiyyәtin düşmәn münasibәtinin daha bir tәzahürü kimi qiymәtlәndirir. Milli Şura tәlәb edir ki, bu cinayәrkarcasına hәrәkәtә görә mәsuliyyәt daşıyanların hamısı, kimliklәrindәn asılı olmayaraq, cavab vermәk üçün tәcili şәkildә qanun qarşısına çıxarılsın.