Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Qərbi azərbaycanlı siyasətçidən Əli İnsanova açıq dəstək

Tarix:16-01-2017, 09:50 Baxış Sayı:201

Qərbi azərbaycanlı siyasətçidən Əli İnsanova açıq dəstək

Elşad Musayev: “Sanki Qərbi Azərbaycanı hədəfə gətirmək istəyirlər” 

 

 
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov ətrafında gedən müzakirələr səngimək bilmir. Xüsusilə, ötən ilin avqustunda 11 illik cəzasının başa çatmasına iki ay qalmış əlavə cinayət maddələri ilə üzləşən sabiq nazirlə bağlı bundan sonra səslənən iddiaların sayı durmadan artır. 
Günlər öncə yeni maddələr üzrə haqqında seçilən 3 aylıq həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılan İnsanov ətrafında bir istiqamətdə müzakirələr getmir. Həm onun həbsdə qalması, həm hakimiyyətin onu nə üçün azad etməməsi, həm də azadlığa çıxarsa mövcud iqtidara qarşı hansı təhlükələri yarada bilmək gücündə olub-olmaması ilə bağlı müxtəlif fikirlər var. 
 
Bütün bu müzakirələrin fonunda əsas diqqətçəkən məqam Qərbi Azərbaycandan olan tanınmış simaların susqunluğudur. Təsadüfi deyil ki, bəzi istisnalar olmaqla əksər tanınmış şəxslər, hətta vaxtilə İnsanova yaxınlığı ilə seçilənlər belə onun müdafiəsində nəinki dururlar, hətta onunla bağlı danışmaqdan boyun qaçırırlar. 
Qərbi Azərbaycandan olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bunları dedi: “Bu şəxsi qanunsuz olaraq həbsdə saxlayırlar. İndi də həbs müddətini uzadıblar. Məsələnin məğzi burdadır. Bəziləri var ki, İnsanovun nazir olduğu və ondan sonra bu günə qədər ki fəaliyyətini araşdırırlar, azad olunarsa təhlükəli olub-olmamasını analiz edirlər. Sifarişli olaraq İnsanovla bağlı birtərəfli yazılar gedir, bu tipli yazıların əksəriyyəti qərəzlidir. Təhlil xarakterli yazılar var ki, buna normal yanaşıram. Amma söhbət konkret insanın hüquqlarının pozulmasından gedir. İnsanova qarşı hər kəsin fərqli münasibəti ola bilər, kimisi sevər, kimisi də nifrət edə bilər. Söhbət 11 ildən sonrakından gedir. Bu şəxsin həbs müddəti bitib, Avropa Məhkəməsinin qərarı var. İndi onun adı hallandırılır ki, azadlığa çıxdıqdan sonra təhlükəli tendensiya yarana bilər. Qərbi Azərbaycan faktorunu burada önə atırlar. Başqası həbs ediləndə bu cür demirlər. Burada sanki Qərbi Azərbaycanı hədəfə gətirmək istəyirlər. İstəyirlər ki, kimsə çıxıb İnsanovu müdafiə etsin, onu da həbs etsinlər. Necə ki, Rizvan Talıbovu belə etdilər. Şəxsən İnsanovu tanımıram. Sadəcə, onun yaxın adamları ilə münasibətim olub. Nə mənə, nə də partiyama onun heç bir xeyri dəyməyib. Amma açıq şəkildə deyirəm ki, bundan sonra İnsanovu açıq şəkildə müdafiə edəcəyəm. Çünki 70 yaşdan yuxarı bir şəxsi orada qanunsuz saxlamaq Allaha da xoş getmir. İnsanov bu hakimiyyətə qarşı dirəniş göstərir. Məhz onun bu qətiyyətinə görə onu sona qədər müdafiə edəcəyəm”.
 
Partiya sədri indiyədək susqunluğuna da aydınlıq gətirdi: “Həbs olunduğu gündən bu günə qədər onunla bağlı bütün suallara cavab vermişəm. Sadəcə, mətbuat bununla bağlı mənə azsaylı suallar ünvanlayıb. Elə şəxslərə İnsanov barədə suallar ünvanlayırlar ki, cəmiyyət arasında bir qəpiklik hörmətləri yoxdur. Söhbət regionçuluqdan getməməlidir. Kimsə region baxımından onu müdafiə etməməlidir. Mən həbs edilən digər siyasi məhbusları da müdafiə etmişəm. Amma indi görürəm ki, İnsanov məsələsinə xüsusi diqqət yetirilir. O kimsəsiz şəkildə qələmə verilir. Əli İnsanovun vaxtilə kömək etdikləri qərbi azərbaycanlılar var ki, indi tülkü kimi qaçıb gizləniblər. Onların əvəzindən cavab verməli deyiləm ki. Onlara münasibətim çox pisdir. Onun siyasi adamlara köməyi dəyməyib, çünki YAP-da təmsil olunurdu. Amma çoxsaylı qərbi azərbaycanlı var ki, onlara çoxlu köməyi dəyib. İndi onların saçları ağarıb, amma yenə də qaçıb gizlənirlər. Həqiqəti müdafiə etməyə cəsarətləri yoxdur”.
E.Musayev sabiq nazirə olan münasibətə də toxundu: “Ona qarşı qərəzli münasibətə səbəb onun şəxsiyyət olmasıdır. Söz sahibi olan, şəxsiyyətinə hörmət edən birisidir. Digər tərəfdən, onun bu iqtidara təslim olmamasıdır. Qarşısına şərt qoyurlar, əfv yaz, əlində olan pulları ver, amma o bunları etmir. Eyni zamanda hakimiyyətdə aşağıdan-yuxarı təmsil olunan şəxslərin onu görməyə gözləri yoxdur. İnsanovun regional faktorunun olması danılmazdır. Qərbi Azərbaycanla bağlı bir mətbuat orqanı, bir partiya belə yoxdur. İnsanovun bölgə daxilində böyük nüfuzu var. Ona qarşı şəxsi qərəz də yüksəkdir. Halbuki İnsanovun indiki hakimiyyətin möhkəmlənməsində böyük xidmətləri olub”.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL