Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Rus politoloqların “Rusiya savaşa qarışmayacaq” açıqlamalarının arxasındakı iki hədəf

Tarix:16-01-2017, 08:19 Baxış Sayı:202

Rus politoloqların “Rusiya savaşa qarışmayacaq” açıqlamalarının arxasındakı iki hədəf

Elçin Mirzəbəyli: “Belə bəyanatlar iki aspektdən dəyərləndirilə bilər” 

 

 
Rusiyalı tanınmış politoloq Vadim Dubnov bildirib ki, həm aprel savaşı, həm də dekabrda Azərbaycan-Ermənistan sərhədində baş verən insident sübut etdi ki,  Moskva Azərbaycanla qarşıdurmada heç vaxt Ermənistana kömək etməyəcək. 
 
“Mövcud situasiyada İrəvanın özünə rəva bildiyi yeganə şey - izafi illüziyalara qapılmamaq və öz əhalisinə bunu kifayət qədər adekvat şəkildə izah eləməkdir. KTMT baş katibi Nikolay Bordyujanın gedən ərəfədə verdiyi son məlum bəyanat isə sadəcə, Ermənistanın artıq neçənci dəfə təkrarlanan KTMT uğursuzluğuna bir təsəlli kimi verilən bəyanat idi. Hətta sonradan bu bəyanata da ermənilərin zərərinə izahat verildi” - politoloq deyib. 
 
Qeyd edək ki, bu tipli açıqlamalar son zamanlar digər bir sıra rus politoloqların da dilindən səslənir. Bəs, bu cür açıqlamaların arxasında real informasiya, təhlil dayanır, yoxsa əsası olmayan aldadıcı fikirlərdir? Rusiya, KTMT doğrudanmı Ermənistanı müdafiə etməz, yoxsa müəyyən mərhələyədək müdafiə etməsə belə, sonra açıq müdafiəyə keçə bilər?
Image result for Politoloq Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, aprel döyüşlərindən sonra Rusiya ekspertləri tərəfindən bu qəbildən olan bəyanatların sayı artıb: “Amma nəzərə almaq lazımdı ki, bütün bunlar Rusiyanın rəsmi mövqeyini ifadə etmir. Son dövrlərdə bu qəbildən bəyanat və açıqlamaların arasında ən çox diqqət çəkəni Nikolay Bordyujanın təsəlli kimi dəyərləndirilən bəyanatı və bu bəyanata verilən izahdır. Qənaətimə görə, belə bəyanatlar, şərh və açıqlamalar iki aspektdən dəyərləndirilə bilər. Rusiyada Azərbaycan üçün Qarabağ məsələsinin həddən artıq həssas məsələ olduğunu, azərbaycanlıların ürəyinə gedən yolun Qarabağdan keçdiyini yaxşı başa düşürlər. Məhz bu amildən istifadə edərək ekspertlər səviyyəsində müəyyən açıqlamalar vasitəsilə Azərbaycanın ictimai rəyində Rusiyaya olan münasibəti də müsbətə doğru dəyişmək istəyirlər. Digər amil isə Ermənistanın siyasi hakimiyyətini və ictimaiyyətini təzyiq altında saxlamaq niyyətilə bağlı ola bilər. Yəni mesaj verirlər ki, Rusiya Ermənistana yardım etməsə, Azərbaycan Ermənistanı məhv edə bilər. Demək istəyirlər ki, Rusiyanın ətəyindən möhkəm yapışmaq və israrçı mövqedən əl çəkmək lazımdır”.
Politoloq vurğuladı ki, rus politoloqların açıqlamalarından fərqli olaraq real mənzərə başqa cürdür: “Ermənistan Azərbaycan torpaqlarını Rusiyanın dəstəyi ilə işğal edib və işğal bu gün də davam edir. Bizə isə yalnız ekspertlər vasitəsilə ifadə olunan mülahizələrlə təsəlli verirlər. Unutmaq lazım deyil ki, rus ekspertlərinin açıqlamaları təbliğat xarakterlidir. Təbliğatı isə elə təbliğat kimi də qəbul etmək lazımdır”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL