Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Azərbaycanın Avropa Şurasında səfiri və İƏT-in Avropa Birliyində nümayəndəsi olmuş diplomat Arif Məmmədov Rusiya XİN rəhbəri Lavrovun Qarabağa dair sonuncu məlum bəyanatı ilə bağlı fikirlərini paylaşıb. O, feysbuk səhifəsində paylaşdığı yazıda diqqəti Lavrovun bəyanatından çox Azərbaycan hakimiyyətinin uğursuz xarici siyasətinə, o cümlədən Qarabağa dair səhv mövqeyinə yönəldib.
Keçmiş səfir yazır ki, Lavrov Rusiyanın naziridir və uyğun olaraq ölkəsinin geopolitik maraqlarından çıxış edir. Onun fikrincə, Minsk qrupu üzrə digər həmsədr ölkələrin də XİN başçıları eyni suala oxşar açıqlamalar verərdilər. “Daha ciddi məqama diqqət yetirmək lazımdır” deyən A.Məmmədov daha sonra yazır:
“Avropa Biriliyinin Gürcüstan, Moldova və Ukrayna ilə bağlı sənədlərində aydın və dəqiq şəkildə göstərilir ki, AB bu ölkələrin ərazi bütövlüyünü onların beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıyır. Azərbaycanla bağlı sənəddə isə ərazi bötüvlüyünün tanındığı bu vacib məqam qeyd olunmadan yazılıb, yəni bizimlə bağlı sənəddə “beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində” ifadəsi yoxdur. AB ilə danışıqlar zamanı qurumun Finlandiyadan olan prezidenti eyni formulirovkanı Azərbaycan üçün də təklif etmişdi. Amma Fransanın xahişi ilə Azərbaycan rəhbərliyi “Ermənistanla danışıqlara xələl gəlməsin deyə” bu ən vacib müddəanın sənəddən çıxarılmasına razılaşdı…
Faciə ondadır ki, Azərbaycan hakimiyyətinin xarici siyasəti bütün istiqamətlər tam iflasa uğrayıb. Bu hakimiyyət özü Azərbaycanın gropolitik və təhlükəsizlik maraqlarına ciddi təhdidə çevrilib. Bu hakimiyyətlə biz nəinki Qarabağı, dövlət müstəqilliyimizi də itirə bilərik”.